Moskva vilayətində şəhərətrafı qatarın damında ölü qız tapılıb


Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti yazır ki, müstəntiqlər Moskva Dəmiryolunun Qorki istiqamətinin Elektrouqli – 33 km stansiyasında elektrik qatarının damında yetkinlik yaşına çatmayan qızın cəsədini tapıblar.

Şöbədən izah ediblər ki, müayinə zamanı mərhumun 2010-cu il təvəllüdlü bədənində elektrik cərəyanı travmasının izləri aşkar edilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (dəmir yolu nəqliyyatının hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarını pozma, insan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir, idarədən aydınlıq gətirilib.

SİA-nın məlumatına görə, bundan əlavə, azyaşlının ölümünə səbəb ola biləcək hərəkətlərdə iştirak edən şəxslərin davranışlarına qiymət veriləcək.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər