Güclü yanğın 17 evi külə döndərdi


Rusiyanın İrkutsk vilayətində baş verən yanğın 17 yaşayış binasını məhv edib. SİA xəbər verir ki, yanğın bölgəyə gələn soyuq siklon fonunda baş verib. Binaların dam örtüyünə, elektrik xətlərinə də ziyan dəyib, çoxlu ağaclar aşıb. Soyuq cəbhə Baykal gölünə doğru irəliləyib. “Tayşet, Çunski, Tulunski, Nijneudinski və Bratski rayonlarında əsən külək 40 dam örtüyünə, 7 hasara ziyan vurub, 18 ağacı, 12 elektrik xəttinin dayaqlarını yıxıb, iki avtobus dayanacağını yararsız hala salıb”, – deyə rayon rəhbəri bildirib.

Əlaqəli Xəbərlər