Gecə ərzində Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri 49 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. SİA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına əsasən, gecə saatlarında ümumilikdə 49 pilotsuz uçuş aparatı (PUA) Rusiya ərazisində zərərsizləşdirilib. Onlardan 16-sı Voronej vilayəti, 14-ü Belqorod vilayəti, 6-sı Kursk vilayəti, 6-sı Samara vilayəti, 3-ü Mordoviya Respublikası, 1-i Bryansk, 1-i Lipetsk, 1-i Orlov daha biri isə Penza vilayəti üzərində məhv edilib. Müdafiə Nazirliyi əlavə edib ki, hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını vaxtında alıb .
Daha çoxDay: April 5, 2025
Netanyahu ABŞ-yə gedir
İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 7-də Ağ Evə səfər etməyi və ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. “Səfər planlaşdırıldığı kimi baş tutsa, Netanyahu rüsumlara son qoymaqla bağlı razılaşmanı müzakirə etmək üçün Trampla şəxsən görüşən ilk xarici lider olacaq”, – mənbənin məlumatında deyilir. Liderlərin həmçinin İranın nüvə böhranı və Qəzzadakı müharibəni müzakirə edəcəyi gözlənilir.
Daha çoxBMT-də Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə həsr olunmuş brifinq keçirilib
Nyu-Yorkda BMT-nin mənzil qərargahında Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinq keçirilib. SİA-nın məlumatına görə, açılış nitqi ilə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, partlayıcı döyüş silahları və əldəqayırma partlayıcı qurğular münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə olan bir çox ölkələrə təsir göstərməkdə davam edir və mülki əhali, hərbçilər, sülhməramlılar və humanitar heyət üçün ölümcül təhlükə yaradır.…
Daha çoxAvropada dünyanın ən güclü külək turbini quraşdırılıb
“Siemens Gamesa” dünyada ən güclü külək turbininin quraşdırılmasını başa vurdu. Bununla da Çin istehsalçılarına meydan oxudu. Avropa şirkətləri əsasən 14-15 MVt gücündə külək turbinləri istehsal etdiyi halda, “Siemens Energy”nin törəmə şirkəti Danimarka sularında 21,5 meqavatlıq turbin quraşdırıb. SİA “Interestingengineering” şirkətinə istinadla xəbər verir ki, Çin şirkətləri, o cümlədən “Dongfang Electric” və “MingYang” ən güclü külək turbinlərinin istehsalı üzrə dünya lideri idilər. Onların aktivlərinə gücü 18-20 MVt olan külək turbinləri, həmçinin 26 meqavatlıq turbin tikmək planları daxildir. Ayrı-ayrı turbinlər nə qədər güclüdürsə, istehsal etdikləri enerji də bir o qədər ucuzdur. Baxmayaraq…
Daha çoxRusiya yenə Krivoy Roqu vurdu
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə zərbə endirib. SİA xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb. Hücum nəticəsində 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Qeyd edək ki, Rusiya aprelin 2-də də Krivoy Roqa ballistik raket zərbəsi endirib. Zərbə nəticəsində ölənlər olub.
Daha çoxPapa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pontifik dərman müalicəsini davam etdirir və mütəmadi olaraq tənəffüs fizioterapiyasından keçir, mexaniki ventilyasiya maskasına ehtiyac duymur. Analizlər nəfəsalma və səs baxımından bir qədər yaxşılaşma olduğunu göstərir. “Son günlər aparılmış qan analizləri isə infeksion göstəricilərdə cüzi yaxşılaşmanın olduğunu nümayiş etdirir. Ağciyər infeksiyası hələ də qalır, lakin hazırda bir qədər yaxşılaşma müşahidə olunur”, – deyə məlumatda qeyd edilir. Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də…
Daha çoxİsveçli jurnalist Viola Devis müxtəlifliklə bağlı sual verdiyi üçün müsahibədən uzaqlaşdırıldı
“P1 Kultur” radio proqramının əməkdaşı isveçli jurnalist Emma Enqström “G20” filminin efirə çıxması ilə əlaqədar amerikalı aktrisa Viola Devis ilə təşkil edilmiş onlayn müsahibədə iştirak edib. Devis filmdə qaradərili ABŞ Prezidenti rolunu oynayır. Lakin müsahibə gözlənilmədən yarımçıq kəsilib. Buna səbəb Enqströmün kino sənayesində irqi və gender müxtəlifliyi ilə bağlı sual verməsi olub. SİA xəbər verir ki, müsahibədən əvvəl filmin PR şöbəsi jurnalisti siyasi mövzulardan çəkinməyə çağırıb. Buna baxmayaraq, Enqström bildirib ki, filmin özü açıq-aşkar siyasi xarakter daşıyır və qadınların, eləcə də fərqli etnik mənşəyə sahib insanların siyasətdəki rolunu gündəmə gətirir.…
Daha çoxFransa prezidentinin maraqlı vərdişi üzə çıxdı
Siyasi şərhçi Olivier Bomontun yeni kitabında Fransa Prezidenti Emmanuel Makronun qeyri-adi vərdişindən bəhs olunub. SİA xəbər verir ki, “Prezidentin qoxusu” adlı ayrıca fəsildə Bomont Makronun vərdişini ətraflı təsvir edir. Belə ki, prezident “Christian Dior”un “Eau Sauvage” ətrindən çox istifadə edir. “Makrona aid bütün yerlərdə ətir qablarına rast gəlmək mümkündür. Yelisey Sarayının dəhlizlərinə bir dəfə çıxmaq kifayətdir ki, onun buradan nə vaxt keçdiyini yəqin edəsən” – şərhçi yazır. Bomontun sözlərinə görə, Makron gün ərzində müntəzəm və əhəmiyyətli miqdarda ətir vurur.
Daha çox90 ölkədən 20 mindən çox zəvvar Vatikana toplaşacaq
Dünyanın 90 ölkəsindən 20 mindən çox zəvvar Vatikanda toplaşacaq. SİA xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-6-da keçiriləcək Xəstə və Səhiyyə İşçilərinin Yubileyində xəstələr, həkimlər, tibb bacıları, əczaçılar, fizioterapevtlər və digər səhiyyə işçiləri daxil olmaqla 90 ölkədən 20 mindən çox zəvvar iştirak edəcək. Bu, yubiley ilinin əsas bayramlarından biridir. Zəvvarlar Müqəddəs Pyotr Kilsəsinin müqəddəs qapısında keçəcəklər. Tədbirdə İtaliya ən çox iştirakçı ilə təmsil edilən ölkə olacaq. Eyni zamanda, ABŞ, İspaniya, Kolumbiya, Argentina, Braziliya, Fransa, Meksika, Almaniya, Xorvatiya, Filippin, Peru, Avstraliya, Çili, Efiopiya, Kanada və Kamerundan…
Daha çoxTerrorçular Hələbi belə tərk edir
Suriyada “demokratik qüvvələr” adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları Hələb şəhərinin mərkəzini tərk etməyə başlayıblar. SİA xəbər verir ki, onlar Dəməşq hakimiyyəti ilə əldə edilən razılığa uyğun olaraq şəhərdən gedirlər. İmzalanan yeni razılaşmaya əsasən onlar Fəratın şərqinə doğru geri çəkilirlər. KİV-lər bildirir ki, təxminən 250 terrorçunu aparan 35 avtomaşından ibarət ilk karvan Hələbdən ayrılıb. Karvanda üzərində ağır silahlar olan hərbi avtomobillər diqqət çəkib. Qeyd edək ki, terrorçular Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini 2012-ci ildə işğal etmişdilər.
Daha çox