İqtisadiyyat Nazirliyinə məxsus “Bakı Biznes Mərkəzi” MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib. SİA-nın əldə etdiyi məlumata görə, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub. Nazirlikdən faktı təsdiq ediblər. Xatırladaq ki, S.Məmmədov “Bakı Biznes Mərkəzi”nə 15 il rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib.
Daha çoxDay: April 5, 2025
2-ci əl avtomobillərin təkrar satışı ilə yaranan ƏDV öhdəlikləri müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2-ci əl avtomobillərin təkrar satışı hesabına yaranan ƏDV öhdəlikləri müzakirə edilib. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, müzakirələr Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi, İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi və avtomobil dilərlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə baş tutub. Tədbirdə “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyi avtomobil bazarının cari vəziyyəti barədə statistik məlumatlar səsləndirib. Qanunvericlikdə tətbiq olunan yeni güzəşt mexanizmləri sayəsində son illər elektrik və hibrid mühərrikli avtomobillərin sayında artım olduğu diqqətə çatdırılıb. Görüş zamanı rəsmi dilerlərin…
Daha çoxAlmaniya münasibətlərində açılan yeni nikbin və konstruktiv səhifə
Ötən gün Almaniya prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfər etdi və səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə həm təkbətək, həm də heyətlərarası geniştərkibli görüşlər baş tutdu. Bu görüşlərsən sonra hər iki prezidentin keçirdikləri mətbuat konfransı və verdikləri açıqlamalar əlbəttə ki, bu gün həm ölkənin, həm də dünyanın gündəmindədir. Bu çox əhəmiyyətli bir səfər idi. Səfər, bu günkü dünya şərtləri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, diplomatik müstəvidə həyata keçirilən təmasların gələcək inkişaf perspektivlərin, atılacaq addımların müzakirəsi poliqonuna çevrilmiş oldu. Görüşlərdən sonra mətbuat konfransında prezident cənab İlham Əliyevin söylədiyi…
Daha çoxAzərbaycan XİN Antiqua və Barbudanı təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Antiqua və Barbudanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında məlumat paylaşılıb. “Bu əlamətdar gündə Antiqua və Barbudanı hökumətinə və qalqına ən xoş arzularımızıçatdırırıq!”,- paylaşımda qeyd edilib.
Daha çoxAzərbaycan manatının nominal effektiv məzənnəsi artıb
Bu il martın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 108,7 bənd təşkil edib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,3 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, ötən il martın 1-nə nisbətən 5,1 bənd çoxdur. Bu ilin fevralın sonuna manatın real effektiv məzənnəsi isə 124,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,4 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, ötən il fervalın sonuna nisbətən 2,1 bənd çoxdur.
Daha çoxAğdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Plana uyğun olaraq, bu gün Ağdərə rayonunin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. SİA-nın verdiyi xəbərə görə, bu mərhələdə kəndə 53 ailə – 174 nəfər köçürülür. Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Daha çoxƏdliyyə naziri Şəkidə vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov Şəki şəhərində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata…
Daha çoxDünya fond bazarlarında kəskin eniş davam edib
Donald Trampın “Azadlıq günü” tarifləri artıq iki gündür ki, dünya fond birjalarında kəskin enişə səbəb olub. SİA-nın məlumatına görə, aprelin 4-də Amerika fond bazarlarında Dow Jones indeksi 5.50% – 38,314.86 bəndədək, S&P 500 indeksi 5.97% – 5,074.08 bəndədək, Nasdaq indeksi isə 5.82% – 15,587.79 bəndədək enib. Avropa fond bazarlarında isə aprelin 4-də FTSE 100 indeksi 4.95% – 8,054.98 bəndədək, Almaniyanın DAX indeksi 4.95% – 20,641.72 bəndədək, Fransanın CAC-40 indeksi isə 4.26% – 7,274.95 bəndədək azalıb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi də 0.87% azalaraq 1.0956 dollar təşkil edib.
Daha çoxAzərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,84 ABŞ dolları, yaxud 5,22 % azalaraq 69,64 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 67,9 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,28 % azalaraq 68,02 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxHava yağmursuz keçib
Azərbaycanda hava yağmursuz keçib, bəzi yerlərdə duman müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb. Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19,…
Daha çox