TAP ilə Avropaya indiyədək 45 mlrd. kubmetrdən artıq qaz nəql olunub

İndiyə qədər Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya 45 mlrd. kubmetrdən çox qaz tədarük edilib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “TAP-ın icraçı direktoru Luka Skyeppati ilə sərfəli, etibarlı və dayanıqlı enerji təchizatında Cənub Qaz Dəhlizinin strateji rolu, TAP boru kəmərinin genişləndirilməsi, eləcə də metan emissiyalarının azaldılması məsələlərini müzakirə etdik. İndiyə qədər TAP vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox qaz tədarük edilib”, – paylaşımda qeyd olunur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Daha çox

ABŞ-İran: təhdid yağışı altında

Pentaqon Yaxın Şərqdə qüvvələr toplayır ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla İsrailə gəlib və orada İranla bağlı operativ məsləhətləşmələr aparıb. Eyni zamanda, Pentaqon daha bir təyyarədaşıyan qrupunun Yaxın Şərqə köçürüldüyünü açıqlayıb. İsrail təhlükəsizlik aparatının fikrincə, Vaşinqtonla birbaşa danışıqlardan imtina edən Tehran regionda yerləşən Amerika hərbi obyektlərinə qabaqlayıcı zərbə endirə bilər. İranın hərbi rəhbərləri artıq açıq şəkildə bildirirlər ki, əllərində minlərlə hərbçinin olduğu çoxsaylı ABŞ bazaları var. Maykl Kurilla aprelin 1-də İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir ilə danışıqlar aparıb. On saata yaxın davam edən əməliyyat məsləhətləşmələrində…

Daha çox

Ölkədə ailə soyqırımı başlayıb: günahkar qadınlardır?

Azərbaycanda qurulan ailələrin demək olar ki, yarısı boşanır. Belə ki, Dövlət Statistika Komitəsinin cari ilin yanvar ayına olan məlumatında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma hallarının qeydə alınması göstərilib. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb. Məsələnin narahatedici tərəfi isə odur ki, boşanmaların bu qədər artmasında əsasən qadınlar günahkar hesab edilir. Bu barədə ötən aylarda Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri…

Daha çox

AZAL sərnişin daşınmasını 7 % artırıb

Bu ilin I rübündə milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 865 min sərnişin daşınıb. SİA AZAL-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur. Yanvar-mart aylarında AZAL uçuşların 89 %-ni vaxtında yerinə yetirərək 48 istiqamət üzrə 3 718 reys həyata keçirib. 1 il əvvələ nisbətən punktuallıq göstəricisi üzrə 1 %, reyslərin sayı üzrə isə 4 % artım müşahidə olunub. Martda punktuallıq göstəricisi 93 %-ə çatıb. Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 12 yanvarda qeydə alınıb. Ötən il yanvarın 7-də…

Daha çox

NATO-nun Tramp qorxusu

Şimali Atlantika Alyansı müdafiə yollarını axtarır NATO xarici işlər nazirləri Ukrayna böhranı və alyansın təhlükəsizlik prioritetlərini müzakirə etmək üçün Brüsseldə iki günlük toplantı keçirəcək. Qərb müttəfiqləri arasında aparılan danışıqlar bütün tarixində alyansın birliyinə ən ciddi təhlükəyə çevrilmiş ABŞ-ın yeni administrasiyası ilə münaqişəni yumşaltmaq məqsədi daşıyır. Ukraynanın NATO-ya üzvlüyündən tutmuş müdafiə xərclərinə və Qrenlandiyanın gələcəyinə qədər bir çox əsas məsələlərdə fikir ayrılığına düşərək, alyans üzvləri ABŞ-ın NATO-dan çıxmasından qorxaraq, kollektiv fəaliyyəti davam etdirmək və NATO-nun dağılmasının qarşısını almaq yollarını axtarırlar. Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyası alyans tarixində NATO birliyinə…

Daha çox

Venesuela-Azərbaycan Dostluq qrupunun rəhbəri Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Venesuela Bolivar Respublikası Milli Assambleyasının sədr müavini, Venesuela-Azərbaycan Dostluq qrupunun rəhbəri xanım Amerika Perezin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, nümayəndə heyəti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 3-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi azalıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:10-da “CoinMarketCap” platformasında 0.85% ucuzlaşaraq 83 354 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.86% azalaraq 1824 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.58% ucuzlaşıb, BNB isə 1.86% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

“Azərbaycan-İran münasibətlərində soyuqluq Azərbaycana görə baş verməyib”

“İran-Azərbaycan münasibətlərinin davam etməsi üçün ortada müəyyən məsələlər var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi, arada kommunikasiyanın olması, eyni zamanda İran prezidentinin müşaviri Mehdi Sənayenin Azərbaycana səfər etməsi burada yüksək səviyyəli görüşlər keçirməsi, həmçinin də kütləvi informasiya vasitələrində yazılandan aydın olur ki, İran prezidentinin Azərbaycana yaxın zamanlarda səfər etməsi gözlənilir: “Əlbəttə ki, İran-Azərbaycan münasibətlərində müsbət məqamları tutmaq üçün xeyli əsaslar formalaşmış olur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, İran -Azərbaycan münasibətlərində yaranan soyuqluq Azərbaycana görə baş…

Daha çox

Həyatımızı balansda saxlamaq üçün nə etməliyik?

“Müasir dünyada insanlar daim stress, yorğunluq və gündəlik problemlərlə qarşılaşırlar. Balanslı həyat tərzi isə fiziki, psixoloji və emosional sağlamlığımız üçün vacibdir. Həyatımızı balansda saxlamaq üçün bir neçə əsas prinsipi nəzərə almaq lazımdır: İnsan psixologiyası üçün emosional sabitlik çox önəmlidir. Hisslərimizi anlamaq və idarə etmək balanslı həyatın əsas şərtlərindəndir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: Bunun üçün: Stress və gərginliklə mübarizə aparmaq üçün meditasiya və nəfəs texnikalarından istifadə edin. Özünüzə qarşı mehriban və anlayışlı olun, səhvlərinizi bağışlamağı bacarın. Duyğularınızı sıxışdırmaq əvəzinə, sağlam şəkildə…

Daha çox