“İnsanlar niyə xoşbəxtliyi evləndiyi şəxslə deyil, kənarda axtarır? Bu, əslində, insanın xarakteri ilə bağlı məsələdir. Elə insanlar var ki, onlar üçün ailə hər şey deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, çünki həyalıdırlar, namusları, mənəviyyatları var: “Onlar anlayırlar ki, evləniblərsə və münasib olan biri ilə ailə qurublarsa, deməli, bundan sonrakı həyatlarını o ailəyə sadiqliklə keçirməlidirlər. Yox, əgər sadiqlik anlayışı barədə fərqli fikirləri varsa və bu, mənəviyyatlarında fərqli formada təzahür edirsə, o zaman ailəli qalmaq o ailəyə qarşı haqsızlıq kimi qiymətləndirilməlidir. Yəni, kişi evlənsin və yaxud…
Daha çoxDay: April 3, 2025
Sabah Bakıda enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
Sabah Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçiriləcək. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Toplantı açılış sessiyasından sonra Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam…
Daha çox“Bakı Metropoliteni”ndə – Yeni təyinat
“Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyinat olub. SİA xəbər verir ki, bu vəzifəyə Cəmilə Hidayət qızı Xəlilova təyinat alıb. 1984-cü il təvəlüdlü Cəmilə Xəlilova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Bu təyinatadək müxtəlif şirkətlərdə çalışıb. Sonuncu iş yeri “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsi olub.
Daha çox“İkitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməllər qurulacaq”
“İran və Azərbaycan arasında son dövrlər kifayət qədər ziddiyyətli münasibətlər olsa da, Şərqi Zəngəzur rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətlərinin formalaşması yönündə Azərbaycan və İran arasında anlaşma memorandumunun imzalanması ikitərəfli münasibətlərə dinamizm gətirdi. Bununla da regionda yeni avtomobil və dəmir yolu şəbəkəsi formalaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Araz çayı üzərində tikiləcək körpülər vasitəsilə bu mühüm bağlantı formalaşdırılacaq: “Bu, Şərq ilə Qərb arasında əlaqənin formalaşması və Orta Dəhliz ideyasının inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Xudafərin və Qız Qalası su anbarlarının,…
Daha çoxAzərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib
Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, o, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşüb. Görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri vurğulanıb.
Daha çoxAzərbaycan EBRD ilə prioritet istiqamətləri müzakirə edib
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında prioritet istiqamətləri müzakirə edib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, o, EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb. Görüş zamanı Azərbaycan-EBRD əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, “yaşıl enerji”yə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə müzakirələr aparılıb.
Daha çoxSisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm. Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram. Bayramınız mübarək!”
Daha çoxSOCAR-ın yeni bölməsi qaz infrastrukturunun idarə edilməsini həyata keçirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni bölməsi olan “SOCAR Midstream Gas Operations LLC” (SMGO) SOCAR-ın Azərbaycandakı və xaricdəki qaz anbarları və qaz kəmərləri də daxil olmaqla bütün qaz nəqli infrastrukturunun idarə edilməsi, nəzarəti və istismarına cavabdeh olacaq. Bu barədə SİA SMGO-nun məlumatına istinadən xəbər verir. “SMGO SOCAR-ın yeni yaradılmış və qaz nəqli ilə bağlı bütün əməliyyatların idarə edilməsinə görə məsul olan bölməsidir. Şirkət Azərbaycan və Gürcüstan ərazisində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki və kommersiya operatorudur, həmçinin SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və SCP layihələrində…
Daha çox“Dövlət başçılarının qarşılıqlı anlaşması iki ölkə arasında dostluğa gətirib çıxara bilər”
“İran bizim əzəli və əbədi qonşumuzdur. Qonşularla münasibətimizin yaxşı olması bizim xarici siyasət doktrinasının tərkib hissəsidir. Yəni Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipinə bəyan edir. Bu prinsip beynəlxalq hüquq normalarının tənzimlənməsi çərçivəsində maraqlıdır. Bu baxımdan İran və Azərbaycan arasında münasibətin yaxşı olması, hər iki dövlətin maraq dairəsindədir. Düzdür, arabir İran daxilində xoşagəlməz bəyanatlar səslənir. Yəni bəzi siyasi dairələr İran dövləti adına Azərbaycan əleyhinə bəyanatlar versə belə, Azərbaycan tərəfi çalışır ki, bu münasibəti yoluna qoysun və qarşılıqlı bəyanatları cavablandırmaqla yanaşı konstruktiv mövqedən çıxış etmək üçün addımlar atılır”. Bu sözləri SİA-ya açıqlamasında…
Daha çoxBakı Təşəbbüs Qrupu Fransa hökuməti ilə Kanaki arasında danışıqlarda vasitəçilik təşəbbüsünü irəli sürüb
Bakı Təşəbbüs Qrupu (BTQ) yarandığı gündən hər zaman dialoqu və sülh yolu ilə problemlərin həllini rəhbər tutur. SİA-nın məlumatına görə, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsa məktubunda deyilir. A.Abbasov M.Valsın Kanakiyə səfərinin bölgədə vəziyyətin yerində öyrənilməsi və kanak xalqının tələblərini dinləmək baxımından təqdirəlayiq olduğunu qeyd edib: “Heç bir proses sonsuz ola bilməz və siz də yəqin ki, qəbul edərsiz ki, danışıqlar nəticə yönümlü olmalıdır. Bu kontekstdə 1946-cı ildən açıq qalan və xüsusilə 1988-ci ildə imzalanmış Matinyon sazişindən bəri Fransa hökumətinin öz öhdəliklərini yerinə…
Daha çox