Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyətini dayandırıb

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Almasov Kamil Mehdi oğluna məxsus “KamAZ” avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, obyektdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən…

Daha çox

“Berlin Parisin səhvlərini təkrarlamamalıdır”

“Almaniya Prezidentinin Azərbaycana səfəri bir çox maraqlı məqamlarla yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, ilk növbədə məlum oldu ki, rəsmi Berlin Bakı ilə siyasi və iqtisadi dialoqun inkişaf etdirilməsində maraqlıdır: “Almaniya həm də regionda dayanıqlı sülhün təmin olunması ilə bağlı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Doğrudur, Ştayenmayerin səfəri öncəsi qondarma Dağlıq Qarabağla bağlı böyük narazılıq yaradan siyasi səhv, eyni zamanda Almaniya televiziyasında qəzərli və təhrif olunmuş filmin təqdim olunması Berlinin sülhlə bağlı mövqeyində müəyyən tərəddüdlər yaradır. Amma Almaniya dövlət başçısı bu…

Daha çox

Dünya bazarında qızılın qiymətləri kəskin ucuzlaşıb

…Qlobal qızıl qiymətləri aprelin 3-də kəskin enməyə daxil olub. …Hazırda 2,81 faiz azalaraq troy unsiyası üçün 3077,2 dollara düşüb. SİA xəbər verir ki, bunu ticarət məlumatları sübut edir. Qiymətli metalın qiyməti rekord artımdan sonra düşür – çərşənbə günü ticarət zamanı səhərə qədər 3171,5 dollara düzəliş edərək bir unsiya üçün 3200 dolları keçib. Bu gün səhər saatlarında məlum olub ki, dollar ABŞ-ın 12 ən böyük ticarət tərəfdaşının valyutaları qarşısında sutka ərzində demək olar ki, 2 faiz ucuzlaşaraq son 2,5 ildə ən böyük itkisini verib. Bu dinamika bir gün əvvəl Donald Trampın…

Daha çox

Bakıda Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 6-cı iclası olacaq

Aprelin 11-də Bakıda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçiriləcək. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüş keçirib. Azərbaycan rəsmisi aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib, bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Görüşdə aqrar sahədə əməkdaşlıq, hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarətinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və…

Daha çox

Gənclər şəhəri Sumqayıtda poeziya günü

Sumqayıt şəhərinin 2025-ci il üçün ölkənin Gənclər paytaxtı elan edilməsi münasibətilə şəhərdə keçirilən tədbirlər çərçivəsində poeziya həvəskarları üçün unudulmaz bir gün təşkil olunmuşdu. “Gənclər paytaxtı Sumqayıtda Poeziya günü” adlı bu ədəbi-bədii məclis Sumqayıt Şəhər İcra Hakimiyyəti və Milli Məclisin deputatı Səbinə xanım Salmanovanın birgə təşəbbüsü ilə gerçəkləşdi. Sumqayıtın möhtəşəm bir mədəniyyət ocağına çevrildiyi bu gündə poeziya ruhu hər kəsi əhatə edərək, şeirin qəlblərə işıq saçan gücünü bir daha nümayiş etdirdi. Tədbir iştirakçıları şeirlərin musiqi sədaları altında dinlənildiyi, ruh oxşayan bir mühitdə zamanın necə keçdiyini hiss etmədən bu ədəbi- bədii məclisdən…

Daha çox

“Texnologiya vasitəsilə insanların asudə vaxtları israf olunur”

“Asudə vaxt və azadlıq məsələsi zamanla çox dəyişib. Bu da insanların həyatına həm müsbət, həm də mənfi təsirlər göstərir. İndiki zamanda azadlıq tendensiyası nə deməkdir? Texnologiya üzrə azadlıq məsələsinə yanaşsaq, xüsusilə bu gündə dünyanın hər yerində internet insanların asudə vaxtlarını dəyərləndirmək üçün böyük şəraitlər yaradır. Azərbaycan reallığında bu daha çox sosial şəbəkələrdir ki, insanlar öz azad vaxtlarında sosial şəbəkələrdən istifadə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil deyib. Onun sözlərinə görə, əvvəllər insanlar evdən çıxardılar, fiziki tədbirlərdə iştirak edirdilər, indi isə onlayn internet…

Daha çox

Dövlət xətti ilə 1 300-ə yaxın ipoteka krediti verilib

Bu ilin I rübündə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1 251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşür. SİA bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, ümumilikdə, 2006-cı ildən indiyə qədər Fondun vəsaiti hesabına 3,4 milyard manatdan çox ipoteka krediti verilib ki, onun da 988,5 milyon manatı güzəştli ipoteka kreditləridir. Verilmiş kreditlər hesabına 53 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir. Şəxsi yığımları yetərli olmayan əhalinin…

Daha çox

Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji təşəbbüslərini müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpa olunan enerji sahələrində təşəbbüsləri müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, bu barədə Bankın Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdə aparılıb. “Bankla potensial əməkdaşlıq istiqamətləri barədə danışdıq”, – deyə nazir qeyd edib.

Daha çox

“Ermənistanın hərbi-siyasi rəhbərliyi ikibaşlı oyun oynayır”

“Faktiki olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi ikibaşlı oyun oynayır”. Bunu SİA-ya Milli Məclisin deputatı Elman Nəsirov deyib. O bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bir- birinə zidd iki prosesi həyata keçirməkdədi və ikisinin də müəllifi Ermənistandır: “Birinci proses onunla bağlıdır ki, o özünü sülhpərvər göyərçin kimi təqdim edir və sülhə hazır olduğunun bir fonunu yaradır. Hətta 17 bəndlik sülh müqaviləsinin bütün bəndləri üzrə razılaşmanın olduğunu vurğulayır və sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Bu çox müsbət bir davranışdır və bu davranış əməli addımlarla təsdiqini tapsa regiona dayanıqlı sülh gələ bilər. Eyni məharətlə…

Daha çox