“Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”

Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçısının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi barədə sualını cavablandırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Daşnaksütyun” partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında deyib: “O dövr üçün mən deyə bilmərəm, çünki o dövrdə çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nələr olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin…

Daha çox

Azərbaycan EBRD ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, Məşvərət Şurası çərçivəsində Bakıda səfərdə olan EBRD-nin Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterlə səmərəli görüş keçirib. “Görüş zamanı enerji gündəliyimizin prioritetlərindən irəli gələn məsələləri və “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə etdik”, – deyə P. Şahbazov qeyd edib.

Daha çox

Azərbaycan Almaniya üçün strateji əhəmiyyət kəsb edən ölkədir

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Avropa İttifaqı (Aİ), eyni zamanda, quruma üzv dövlətlərlə əlaqələrin hazırkı inkişaf səviyyəsi göz qabağındadır. Məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan 10 ölkə arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Ölkəmiz əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunmasını ən vacib məsələ kimi önə çəkir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi diqqətdən kənarda qalmır. Bu, qarşılıqlı səfərlərin dinamikasında, yeni hədəflərin müəyyənləşdirilməsində, Azərbaycanın mövqeyinə…

Daha çox

ABŞ gömrük rüsumları Fransa şərab sənayesinə zərbə vurub

Fransız şərab sənayesi çətin anlarını yaşayır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın Avropa İttifaqı məhsullarına 20 faiz yeni gömrük rüsumu siyasəti dözülməz hesab olunur. Mənşə Təyinatlı Şərab İstehsalçıları Konfederasiyasının (CNAOC) prezidenti Jerom Bauer bu tarifi fransız üzüm bağları üçün xalis zərər kimi qiymətləndirib. “Bu, Fransa üzüm bağı üçün bir milyard avro xalis zərər deməkdir. Fransız üzümçülük iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil”, – deyə Jerom Bauer vurğulayıb.

Daha çox

Azərbaycan və Dünya Bankı Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair əməkdaşlığı müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair potensial əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdik. Görüşdə uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri və təşəbbüsləri müzakirə etdik”, – deyə o qeyd edib.

Daha çox

“Səfər dövlətlərin milli maraqlarına uyğundur və gələcək uğurlara təkan verəcək”

“Azərbaycan–Almaniya əlaqələrinin tarixi çox qədəmdir. 200 il bundan əvvəl yaradılan iqtisadi əlaqələr bu gün yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan əməkdaşlığın möhkəmləndiriliməsində, münasibətlərin yaxşılaşdırılmasında, Avropanın ən inkişaf etmiş ölkələrindən biri kimi Almaniya ilə tərəfdaşlığı dostluq və beynəlxalq normalar çərçivəsində davam etdirməkdə maraqlıdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri vurğulayıb ki, Almaniya da Azərbaycanı Cənubi Qafqazda vacib bir tərəfdaş kimi qəbul edir, onun regiondakı liderlik mövqeyini, sülhə, əminamanlığa dəstək verməsini qiymətləndirir, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. “Azərbaycan Prezidenti…

Daha çox

Bayram günlərində Naxçıvanda 11 mindən çox ting əkilib

Bayram günlərində muxtar respublika ərazisində meşəbərpa tədbirləri həyata keçirilib. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təbiətin qorunması və meşə sahələrinin genişləndirilməsi məqsədilə Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən Nehrəm-Gölaltı Dövlət Meşəsi ərazisində 6 hektar sahədə 2600 ədəd ayland, Xalxal Dövlət Meşəsi ərazisində 3 hektar sahədə 1200 ədəd ayland, qaraağac və alça tingləri salınıb. Qeyri-iş günlərində Tumbul Dövlət Meşəsi ərazisində 2 hektar sahədə 800, Naxçıvan şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətraf ərazisində 1,5 hektar sahədə 650, Uzunoba Dövlət Meşəsi ərazisində isə 6,5…

Daha çox

Azərbaycan Moldova şirkəti ilə şərabçılıq üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Moldova şirkəti arasında şərabçılıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bidirib. “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostan ilə görüşdə Azərbaycanın əlverişli investisiya və biznes mühiti barədə fikirlərimizi bölüşdük, şərabçılıq sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – deyə o qeyd edib.

Daha çox

Qərbdə olmayan SÖZ AZADLIĞI

Cinayətkarlar onları cinayətkar adlandıranlardan hər zaman yaxa qurtarmağa çalışırlar. Ələlxüsus da belə bir “xüsusiyyət” Qərb üçün xarakterikdir. Yəni, Qərb özünü dırnaqarası da olsa, “sivilizasiya ocağı” kimi göstərməyə nə qədər çalışsa da, reallıqlar tamamilə fərqlidir və görünən odur ki, nə qədər söz azadlığından dəm vurulsa da, Qərbdə azad sözə nə məhəl qoyulmur, nə də heç ümumiyyətlə, hesaba da alınmır. Əksinə, belə məlum olur ki, azad sözü elə yerindəcə “boğmaq” ön planda durur, hansıki bunu təsdiq edən kifayət qədər faktlar var və belə faktlar, ələlxüsus da jurnalistlərə qarşı terrora əl atılması dünya…

Daha çox

OPEC+ ölkələri neft hasilatını 5 ildə rekord dərəcədə artırır..?

Yaxın ayda bazara yeni neft axınları daxil olacaq… …Donald Trampın OPEK ölkələrinə neft hasilatını artırmaq və qiymətləri aşağı salmaq çağırışları öz təsirini göstərib. SİA-nın məlumatına görə, bu barədə “The Moscow Times” yazır. …Cümə axşamı Rusiya da daxil olmaqla 23 neft ixrac edən ölkənin daxil olduğu OPEC+ kartelinin səkkiz ölkəsi neft hasilatının artırılması tempini kəskin surətdə sürətləndirmək planlarını açıqlayıb. May ayından etibarən təşkilatın əsas üzvləri, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq tədarükləri gündə 411 min barel artıracaq – bu, OPEC+-ın pandemiya böhranı…

Daha çox