Sabah Avropa İttifaqının (Aİ) enerji və mənzil inşaatı üzrə komissarı Dan Yorqensen Bakıya gələcək, ittifaqla Azərbaycan arasında strateji enerji tərəfdaşlığını təsdiq edəcək. SİA Avropa Komissiyasına istinadən xəbər verir ki, o, Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak edəcək. D.Yorqensen SGC sessiyasının açılışında çıxış edəcək və tərəfdaş hökumətlərin nümayəndələri, qurum və şirkət rəhbərləri ilə birlikdə Nazirlər sessiyasında iştirak edəcək.
Daha çoxDay: April 3, 2025
Azərbaycan XİN Fransadan addımlarına son qoymağı tələb edir
Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməni əsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik. SİA xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara dair şərhində yer alıb. Bildirilib ki, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına…
Daha çox“Bu yay dinc şəraitdə yaşayacağımız sonuncu yay ola bilər”..?
Alman tarixçisi Almaniyanın son dinc yayı proqnozlaşdırır… Almaniya son dinc yayı bu ilin əvvəlində qarşılaya bilər. SİA-nın məlumatına görə, bu proqnozu alman tarixçisi Sönke Neitzel Ukrayna münaqişəsinin Avropanın digər regionlarına da yayıla biləcəyindən narahatlığını ifadə edib. Onun fikrincə, bu, yaxın gələcəkdə baş verə bilər. …Bu yay dinc şəraitdə yaşayacağımız sonuncu yay ola bilər, – deyə “Focus” onun sözlərini sitat gətirir. Neitzel hesab edir ki, beynəlxalq təhlükəsizlik vəziyyəti ciddi dəyişikliklərə məruz qalır və bu prosesləri Rusiya prezidenti Vladimir Putinin, eləcə də onun amerikalı həmkarının fəaliyyəti ilə əlaqələndirir. Lakin…
Daha çox“Dövlət pensiya fondu modeli daha adekvatdır”
“Azərbaycanda mövcud sosial-iqtisadi şərtləri nəzərə almış olsaq, dövlət pensiya fondu modeli daha adekvatdır. Çünki faktiki olaraq burada zəmanət vardır və Azərbaycanda vətəndaşların maliyyə alətlərinə yaxud da maliyyə münasibətlərində ki, davranışlarının təhlilinə diqqət yetirsək, görərik ki, zəmanəti olmayan mexanizmlərə etibar çox aşağıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, hətta dövlətin belə təminat verdiyi dövlət sosial müdafiə mexanizminə güvən əhalidə aşağıdır: “Çünki yaş həddi, pensiyanın təyin edilməsi meyarları məsələsi və s. bu istiqamətdə insanlara ən çox narahatlıq verən məqamlardandır. Xüsusilə də nəzərə alsaq ki, kişilərə münasibətdə…
Daha çoxAzərbaycan və Almaniya: Əməkdaşlıq və genişlənən münasibətlər
Güclü dövlətlərin xarici siyasətində əsas rol oynayan amillərdən biri digər ölkələrlə qurulan və zamanla daha da inkişaf etdirilən ikitərəfli münasibətlərdir. Əgər bir dövlət yalnız regional qonşuları ilə deyil, eyni zamanda qlobal güc mərkəzləri ilə də səmərəli siyasi əlaqələr qurur və bu münasibətləri balanslı şəkildə davam etdirirsə, bu, həmin ölkənin xarici siyasətinin strateji və möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu daha da inkişaf etdirərək, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirmiş, aparıcı dövlətlərlə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurulmasına…
Daha çoxGürcüstan Ukrayna vətəndaşları ilə bağlı yeni qərar qəbul edib
Gürcüstan hökuməti müharibə ilə əlaqədar ölkəyə gələn və Gürcüstanda sığınacaq alan Ukrayna vətəndaşları ilə bağlı yeni qərarlar qəbul edib. SİA xəbər verir ki, yeni qərara əsasən Ukrayna vətəndaşlarının Gürcüstanda vizasız qalma müddəti 3 ildən 1 ilə endirilib. Yeni qərarda deyilir ki, Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olma və burada tam 1 il müddətində qalma hüququ var. 2025-ci il fevralın 24-dək Gürcüstana daxil olmuş və burada olan Ukrayna vətəndaşlarının qalma müddəti 2026-cı il fevralın 24-dək uzadılır. Qeyd edək ki, 2024-cü il aprelin 23-də Baş nazirin qərarına əsasən, Ukrayna vətəndaşları üçün Gürcüstana…
Daha çoxXarici istehsalçı şirkətə qoyulan məhdudiyyət aradan qaldırılıb
Ukraynanın istehsalçı şirkəti “Pryluky-Ahropererobka” MMC-yə məxus dondurulmuş mal əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, AQTA-nın bildirişi əsasında Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə…
Daha çoxDövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi işdən çıxıb
Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev işdən çıxıb. Bu barədə SİA-ya nazirlikdən bildirilib. Məlumata görə, o, öz istəyi ilə vəzifəsini tərk edib və yerinə hələ ki, təyinat olmayıb. Bundan başqa, nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev də öz arzusu ilə vəzifəsindən ayrılıb.
Daha çoxErməni katolikosları kilsələri terror yuvasına çeviriblər
Kitablardan oxuduqlarımıza, televiziyalardan seyr edib eşitdiklərimizə, gördüklərimizə əsasən demək olar ki, din hər bir bəşər övladını sülhə, birliyə çağırır. İslam dininin əsas hədəfi, məqsəd və məramı insanlığa, bəşəriyyətə xidmət üzərində qurulub. Bununla bağlı on minlərlə misal, sübutlarda göstərmək olar. Ancaq bu vacib hesab edilən amilləri ermənilərə aid etmək olmaz. Ermənilər dindən siyasi məqsədləri üçün istifadə edirlər. Xüsusilə də, ermənilər terror aktlarını din pərdəsi altında həyata keçirirlər. Bəzən ermənilər əyinlərinə keşiş paltarı geyinib iri şəhərlərdə terror aktları törədiblər, yüzlərlə insanın ölümünü həyata keçiriblər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün…
Daha çoxDonald Tramp: “Əməliyyat tamamlandı!..”
ABŞ prezidenti Donald Tramp günün ilk şərhlərini paylaşıb. Sosial mediada o, ABŞ-ı “sağalmaqda olan xəstə” ilə müqayisə edib və ölkəsinin daha da güclənəcəyinə əmin olub. …Əməliyyat tamamlandı! Xəstə yaşadı və sağalmaq üzrədir. Proqnoz belədir ki, xəstə əvvəlkindən daha güclü, daha böyük, daha yaxşı və daha möhkəm olacaq. SİA-nın məlumatına görə, bu barədə Tramp yazıb. Amerika lideri həmçinin bir daha “Amerikanı əvvəlki əzəmətinə qaytarmağa” çağırıb. Qeyd olunur ki, Trampın şərhlərində dünən, aprelin 2-də açıqladığı ABŞ-ın digər ölkələrlə qarşılıqlı tarifləri nəzərdə tutula bilər. Əli Babayev
Daha çox