Murmansk vilayətində qapalı inzibati ərazi qurumunun (ZATO) rəhbəri Vidyaevo rüşvət işi ilə bağlı saxlanılıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RBC öz Telegram kanalında məlumat yayıb. İstintaqın məlumatına görə, qapalı inzibati-ərazi qurumunun saxlanılan rəhbəri Sergey Boqoza 2024-cü ildə Vidyaevonun bələdiyyə ehtiyaclarını ödəmək üçün iş adamı ilə müqavilənin bağlanmasına köməklik edib. Müqavilə üçün şübhəli şəxs 15 milyon rubl rüşvət alıb. Bundan əvvəl bloqqer Dmitri Portnyagin və onun həyat yoldaşı Yekaterinanın 63 milyon rublun yuyulmasında və Moskva prefekturasının əməkdaşına rüşvət verməkdə təqsirli bilinəcəyi bildirilirdi. Nazlı Almuradova
Daha çoxDay: April 3, 2025
Azərbaycan üçün sülh nədir?
Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirmişdir. Əlbəttə ki, sözügedən mesaj daha çox xarici auditoriyaya ünvanlanıb. Prezidentin bu sözləri həm də regionumuzda maraqları olan dövlətlərə geosiyasətlərində düzəlişlər etmələrinə dair açıq çağırışdır. Bəli, tarixi Zəfərimiz yeni reallığın tərkib hissəsidir, bu reallığın səbəbkarı xarici ölkələr və ya beynəlxalq təşkilatlar deyil. Tam əksinə, onlar 30 il davam edən vəziyyəti, o cümlədən işğal faktını daha neçə illər “dondurub” saxlamaq niyyətində idilər. Əks halda, BMT-nin məlum qətnamələri bu müddət ərzində…
Daha çoxAmsterdamın mərkəzində avtomobil yanıb…
Amsterdamın mərkəzi meydanında avtomobil partlayıb. SİA-nın məlumatına görə, REN TV xəbər verir ki, sürücü yanan avtomobili tərk edə bilib və sağ qalıb. Hadisə cümə axşamı, aprelin 3-də Dam meydanında baş verib. Yoldan keçənlərdən heç biri xəsarət almayıb. Hadisə şahidlərinin təqdim etdiyi kadrlarda Dam meydanında yanan avtomobil görünür. Oradan hündürboylu, güclü bir kişi çıxır, əlləri ilə paltarının alovunu söndürməyə çalışır. Bir neçə dəqiqədən sonra xüsusi avadanlıq görünür. Yanğınsöndürənlər avtomobili, sürücünü köpüklə söndürüb, sonra isə şlanqla aşağı salıblar. Daha sonra ona lazımi tibbi yardım göstərilib. Partlayışın səbəbləri hələlik açıqlanmayıb. Eyni zamanda polis…
Daha çox“Devalvasiya öz arxası ilə inflyasiyanı gətirir”
“Devalvasiya milli valyutanın öz dəyərini itirməsidir. Milli valyuta öz dəyərini itirdikdə ticarət balansının artması ilə nəticələnir. Çünki dəyərdən düşdükdə pul kütləsi artır və bu da ticarət balansının artmasına səbəb olur. Bundan əlavə devalvasiya öz arxası ilə inflyasiyanı gətirmiş olur. Yəni devalvasiyadan sonra pul kütləsinin artması bir çox məhsulların qiymətinin artmasına səbəb olur. Bu da dövriyyədə olan pul kütləsinin artması ilə nəticələnir. Çox zaman dövlətlər bunun qarşısını almaq üçün dinaminasiyadan istifadə edirlər. Yəni pul ədədlərinin azaldılması, pul kütləsinin azaldılması məqsədi güdür. Eyni zamanda bu da inflyasiyaya qarşı bir tədbir kimi qəbul…
Daha çoxSahibə Qafarova Venesuela Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib. Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Qeyd edilib ki, qarşılıqlı səfərlər bu imkanların müzakirəsi baxımından faydalıdır. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən ali və yüksək səviyyəli səfərlərin müstəsna rolu diqqətə…
Daha çoxABŞ-ın rüsumları artırması yanlış addımdır
ABŞ-ın Avropa İttifaqından idxal etdiyi məhsullara olan gömrük vergisini artırması barədə qərarı yanlış hesab etdiyim və yaraşmayan addımdır. SİA xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib. “Qərbi qaçılmaz olaraq digər qlobal aktorların xeyrinə zəiflədəcək ticarət müharibəsindən qaçmaq məqsədilə Birləşmiş Ştatlarla razılığa gəlmək barədə çalışmaq üçün əlimizdən gələni edəcəyik. Həmişə olduğu kimi istənilən halda biz özümüzü digər Avropa tərəfdaşları ilə müqayisə edərək, İtaliyanın və onun iqtisadiyyatının maraqlarına uyğun hərəkət edəcəyik”, – deyə Ciorcia Meloni vurğulayıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın idxal məhsullarına tətbiq edilən gömrük vergisinin…
Daha çoxAzərbaycan gömrükçüləri xeyli miqdarda dərman preparatları aşkar edib
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Daha çox“İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” böyük uğurla davam edir!”
“İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib. O bildirib ki, bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir: “Qarabağ və Şərqi Zəngəzurun bərpası və “Böyük Qayıdış” Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur. Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi,…
Daha çoxAğ Ev Rusiyaya rüsum tətbiq etməkdən imtina etməsini izah edir
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq iki ölkə arasında hər hansı əhəmiyyətli ticarəti istisna edib. SİA-nın məlumatına görə, Ağ Evin mətbuat katibi Caroline Leavitt Axios-a ABŞ prezidentinin Rusiyaya qarşı tariflər tətbiq etmədiyini belə izah edib. Bununla belə, nəşr xatırladıb ki, ABŞ hələ də Trampın tariflərindən zərər çəkən Mavrikiy və ya Bruney kimi ölkələrlə müqayisədə Rusiya ilə daha çox ticarət edir. Üstəlik, hətta Sakit okeanın cənubunda Tokelau (əhali 1500) və Arktik Dairədəki Şpitsbergen (2500 nəfər) kimi ucqar ada əraziləri belə bu aqibətdən qaça bilməyib. Leavitt öz növbəsində qeyd edib ki,…
Daha çoxTarixi Aprel döyüşlərinin 9-cu ildönümü qeyd olunub
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində qazandığımız qələbənin 9-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçular, Aprel döyüşlərinin iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanlarını ziyarət edərək şəhid məzarlarına gül dəstələri düzüb, onların unudulmaz xatirələrinə ehtiramlarını bildiriblər. Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla…
Daha çox