Slovakiya hökuməti son illər sayları çoxalan qonur ayıların bu il hücumlarının artması fonunda 350 ayının güllələnməsinə icazə verib. SİA xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso bəyan edib. Bu mərkəzi Avropa ölkəsinin bir çox dağlıq rayonlarında hesablamalara görə 1000-3000 ayı yaşayır. Yerli media bildirib ki, ötən həftə Slovakiyanın mərkəzi Detva şəhəri yaxınlığında ayı 59 yaşlı kişini öldürüb. Bu, son illərdə baş vermiş silsilə hücum hallarından sonuncusudur. “Biz insanların meşəyə getməyə qorxacağı və ayılara yem olacağı bir ölkədə yaşaya bilmərik”, – deyı Fitso mətbuat konfransında bəyan edib. Ətraf Mühitin…
Daha çoxDay: April 3, 2025
ABŞ husilərin hərbi düşərgəsinə zərbə endirdi
ABŞ ordusu Yəmənin şimal-qərbindəki Səada əyalətində üsyançı husilərin hərbi düşərgəsinə aviazərbələr endirib. SİA xəbər verir ki, bu barədə “Əl Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, ABŞ eyniadlı bölgənin inzibati mərkəzi olan Səada şəhəri ərazisində müxtəlif hədəflərə ən azı 15 hava zərbəsi endirib. Xüsusilə üsyançıların istifadə etdiyi Kahlan hərbi düşərgəsi atəşə tutulub.
Daha çoxABŞ-ın xarici avtomobillərə tətbiq edəcəyi 25 faiz rüsum qüvvədə qalır
ABŞ-ın bütün xarici istehsal avtomobillərinə tətbiq edəcəyi 25 faiz rüsum yerli vaxtla aprelin 2-si gecə yarısından (Bakı vaxtilə 3 aprel, saat 08:00) etibarən qüvvəyə minəcək. SİA-nın məlumatına görə, “Qurtuluş günü” ilə bağlı çıxışında bu barədə danışan ABŞ Prezidenti Donald Tramp bu addımı ölkənin sənaye bazasına təsir edən və milli təhlükəsizliyi riskə atan dəhşətli uyğunsuzluğu aradan qaldırmaq üçün atdığını bildirib. Tramp bir neçə ölkənin ABŞ istehsalı olan avtomobillərə yüksək tariflər tətbiq etdiyini qeyd edib. “Bizim şirkətlərimizin heç birinin başqa ölkələrə getməsinə icazə verilmir. Deyirəm ki, bir çox hallarda ticarət baxımından dost…
Daha çoxBəzi ərazilərdə qaz olmayacaq
Bəzi ərazilərdə qaz olmayacaq
Daha çoxQazaxıstanda böyük nadir torpaq elementləri yatağı aşkarlanıb
Qazaxıstanda Qaraqanda geoloqları perspektivli nadir torpaq elementləri yataqlarını aşkar ediblər. SİA Qazaxıstanın Sənaye və Tikinti Nazirliyinə istinadla xəbər verir ki, “Tsentrgeolsyomka” Məhdud Məsuliyyətli Yoldaşlığı Kuyrektıkol ərazisində kəşfiyyat işlərinin aparılması zamanı nadir torpaq metallarının böyük ehtiyatlarına malik bir neçə perspektivli sahələr müəyyən edib. Onların ümumi ilkin hesablanmış ehtiyatları təxminən bir milyon ton təşkil edir. Kuyrektıkol ərazisi Astanadan 300 kilometr cənub-şərqdə, Qaraqanda vilayətinin Karkaralı rayonunda yerləşir. Bundan əlavə, geoloji məlumatların hərtərəfli təhlilinin nəticələrinə əsasən, ölkə inkişafının yeni mərhələsi münasibətilə Jana Qazaxıstan (Yeni Qazaxıstan) adlandırılmış yeni geniş proqnoz zonası ayrılıb. İlkin hesablamalara görə,…
Daha çoxAlimlər “qızıl kabus” sualtı qayığın sirrini açmağa yaxındırlar..?
…Tədqiqatçılar, demək olar ki, ən maraqlı dəniz sirrlərindən birinin – dənizçilərin dünya okeanlarının müxtəlif yerlərində müşahidə etdikləri çətin qızıl sualtı qayığın sirrini həll ediblər..? SİA-nın məlumatına görə, sualtı qayığa bənzəyən qəribə cisim haqqında ilk qeyd 1972-ci ildə Kanada sahillərində göründüyü vaxta təsadüf edir. Sualtı qayığın tanınma işarələri yox idi və vizual olaraq aydın görünsə də, radarda görünmürdü. Başqa bir sualtı qayıq ona yaxınlaşmağa cəhd edəndə sirli gəmi yoxa çıxıb. Oxşar hadisə üç il sonra Hindistan sahillərində baş verib. Bütün bildirilən hallarda şahidlər sualtı qayığın parlaq qızılı rəngdə olduğunu iddia edirdilər…
Daha çoxAlmaniya qoşunlarını Rusiyanın sərhədi yaxınlığında yerləşdirir…
Faktiki olaraq Almaniya NATO-nun şərq cinahında ABŞ-ı əvəz edir..? …Alman qoşunlarının Litvada Rusiya ilə sərhəddə yerləşdirilməsi siyasi baxımdan vacibdir, çünki bu, Avropanın birləşdiyini və ABŞ olmadan özünü müdafiə etməyə hazır olduğunu göstərir. SİA-nın məlumatına görə, bu fikri Rusiya-Ukrayna müharibəsi veteranı, “Aydar” batalyonunun keçmiş rota komandiri Yevgeni Diki “Radio NV”nin efirində deyib. O qeyd edib ki, NATO-nun Avropa seqmentinin fəaliyyəti ABŞ-ın Alyansdakı roluna yenidən baxıldığını elan etdikdən sonra başlayıb. …Avropa reallığı dərk edib ki, bir tərəfdən böyük iştahı olan Rusiya var, digər tərəfdən isə Rusiyanın bu iştahına…
Daha çox110 milyard dollarlıq sərvəti olan milyarderlər Rusiyadan qaçıb…
Onlar indi başqa ölkələri təmsil edirlər… …Bu arada “Forbes” milyarderlərin yenilənmiş dünya reytinqində əvvəllər rus hesab edilən 24 sahibkarı digər ölkələrin nümayəndələri kimi qeyd edib. SİA-nın məlumatına görə, belə düzəlişlər adətən iş adamlarının öz xahişi ilə edilir. “The Moscow Times”-ın hesablamalarına görə, bu milyarderlərin ümumi sərvəti təxminən 110 milyard dollardır. Belə ki, Alfa Group-un həmtəsisçisi Aleksey Kuzmiçev (7,5 milyard dollar) Fransadan olan milyarder, Alfa Bank-ın keçmiş prezidenti Petr Aven (4,7 milyard dollar) Latviyanı təmsil edir, İnteko investisiya və tikinti korporasiyasının təsisçisi Yelena Baturina (1,3 milyard) hazırda Böyük…
Daha çoxRusiya may ayında cəbhədə “sıçrayış” üçün ehtiyatlar hazırlayır..?
Gözlənilən hücumun tarixləri məlum olub… …Rusiya Federasiyası hazırda bu ilin may ayında cəbhədə hücuma cəhd etmək üçün ehtiyatlar hazırlayır. SİA-nın məlumatına görə, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (CCD) rəhbəri Andrey Kovalenko danışıb. …Rusiya may ayında cəbhədə növbəti irəliləyiş cəhdi üçün ehtiyatlar hazırlayır. Kovalenko yazır bunu. Rusiyanın cəbhədə mümkün hücumu… Son vaxtlar Rusiyanın Ukraynada yeni hücuma hazırlaşması ilə bağlı xəbərlər getdikcə tez-tez ortaya çıxır. Məsələn, Associated Press-in Ukrayna hökumət rəsmilərinə, hərbçilərə və analitiklərə istinadən yazdığı kimi, ruslar yaxın həftələrdə hücuma keçə bilər. Ukrayna rəsmiləri və…
Daha çoxMedia amerikalılarla danışıqlarda Rusiya və Ukraynanın eyni taktikasından yazır
…Dünya ictimaiyyətinin və medianın diqqəti Ukraynadakı hərbi münaqişədə atəşkəsə nail olmaq üçün aparılan danışıqlar prosesinə yönəlib. Məlum olduğu kimi, Amerika prezidenti Donald Tramp və komandası bu çətin məsələdə könüllü olaraq vasitəçi kimi çıxış edib. Moskva və Kiyev Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonla danışıqlarda oxşar taktikadan istifadə edir, özləri üçün ən əlverişli şərtləri əldə etməyə çalışırlar. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu fikri “The Wall Street Journal” bölüşür. Məqalədə qeyd olunur ki, “Rusiya və Ukraynanın diplomatik addımları hər bir tərəfin ABŞ prezidenti Donald Trampın şərtlərini tam yerinə yetirməyə…
Daha çox