“İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycan dövləti prioritet istiqamət olaraq əsas işini işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkün düşən bacı və qardaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdışı istiqamətində quruculuq işlərinə start verdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib. O bildirib ki, ən vacibi də odur ki, bu quruculuq işləri “Böyük Qayıdış”a dair dövlət proqramı çərçivəsində həyata keçirilir: “Hansı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2022-ci il tarixli Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq bu işlər həyata keçirilməkdədir. Görülən işlərin miqyası o qədər…
Daha çoxDay: April 3, 2025
Dini Komitənin sədri Zərdabda vətəndaş qəbulu keçirəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zərdabda vətəndaş qəbulu keçirəcək. SİA xəbər verir ki, qəbul aprelin 8-i saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, 21) keçiriləcək. Qəbulda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Dövlət Komitəsi qəbula gəlmək istəyən vətəndaşlara müraciət edərək bildirib ki, Göyçay regional bölməsinə (Əlaqə vasitələri: (020) 274 19 53, (050) 470 68 00, [email protected], [email protected]) müraciət edə bilərlər.
Daha çoxMəzuniyyət günlərinin pulu necə hesablanır?
“Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib. Fariz Əkbərov sözlərinə belə davam edib: “Məzuniyyət haqqını hesablamaq üçün ilk növbədə orta əməkhaqqını tapmaq lazımdır. Əmək Məcəlləsinin 140-cı maddəsində (Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi) qeyd edilmişdir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 2-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.56% – 42,225.32 bəndədək, S&P 500 indeksi 0.67% – 5,670.97 bəndədək artıb, Nasdaq indeksi isə 0.87% – 17,601.05 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 2-də FTSE 100 indeksi 0.30% – 8,608.48 bəndədək, Fransanın CAC-40 indeksi 0.22% – 7,858.83 bəndədək, Almaniyanın DAX indeksi 0.66% – 22,390.8 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.53% artaraq 1.0911 dollar təşkil edib.
Daha çoxTramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
ABŞ fövqəladə vəziyyət elan edilib. SİA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. O, milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə bu qərarı verdiyini bildirib. “Bu təhlükənin mənbəyi ABŞ-dən kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bununla təhlükəyə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm”, – deyə Tramp qeyd edib.
Daha çox“Netflix” izləyiciləri üçün dil seçimi imkanlarını genişləndirir
“Netflix” çərşənbə günü televiziya izləyiciləri üçün genişləndirilmiş dil imkanlarını təqdim edib. Bu yenilik istifadəçilərə platformadakı istənilən məzmuna uyğun tam siyahıdan mövcud subtitrlər və dublyaj dillərini seçmək imkanı verir. SİA xəbər verir ki, bu addım “Netflix”in qlobal kataloqunun əlçatanlığını artırmaq səylərinin bir hissəsidir. Çünki xidmətin istifadəçilərinin təxminən üçdə biri ingilisdilli olmayan şoulara baxır. “Reuters” agentliyi bildirir ki, Cənubi Koreyanın məşhur “Kalmar oyunu” teleserialı, İspaniyanın “Berlin” serialı və “Oskar” mükafatına layiq görülmüş Almaniyanın “Qərb cəbhəsində yenilik yoxdur” kimi məşhur filmlərin müxtəlif dillərdə əlçatan olması istehsal olunduqları ölkədən kənarda da geniş auditoriya qazanmasına…
Daha çoxBakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Babək prospekti, mərkəz istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 6. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 7. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;…
Daha çoxTramp elan etdi
ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə qarşılıqlı yeni tariflərin tətbiq olunduğunu elan edib. SİA xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb. “Bir neçə dəqiqə sonra bütün dünya ölkələri üçün tarixi qarşılıqlı tariflər sərəncamını imzalayacağam. Qarşılıqlı. Bu o deməkdir ki, onlar bunu bizimlə edirlər, biz də bunu onlarla edirik. Çox sadə. Daha asan ola bilməz”, – deyə Tramp bildirib. Qeyd olunur ki, ABŞ Çindən idxala 34%, AB-dən isə 20% həcmində gömrük rüsumu tətbiq edəcək. Bundan əlavə, eyni tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya…
Daha çox“Azadlıq” radiosu işçilərini ödənişsiz məzuniyyətə göndərir
“Azad Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) ABŞ Konqresi tərəfindən aprel ayı üçün ayrılmış maliyyə vəsaitini hələ də almadığına görə, media strukturunun rəhbərliyi Praqadakı baş qərargahında işləyən əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərməyə başlayıb. SİA artıq xəbər verdiyi kimi, Prezident Donald Trampın administrasiyası bu saxta xəbər yuvasının maliyyələşdirilməsini dayandırmaq niyyətindədir. Radiostansiya bu qərarla bağlı məhkəmədə iddia qaldırır. Ötən bazar ertəsi radiostansiya maliyyə ilinin qalan hissəsi üçün vəsaitlərin köçürülməsini təmin etmək üçün müvəqqəti tədbirlər xahişi ilə yenidən Vaşinqton məhkəməsinə müraciət edib. Vaşinqton məhkəməsi keçən həftə Amerika administrasiyasının “Azad Avropa Radiosu/Azadlıq Radiosu”nun maliyyələşdirilməsini dayandırmaq cəhdini müvəqqəti olaraq…
Daha çoxUkrayna Rusiyanın nadir PUA-sını vurdu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın nadir kəşfiyyat pilotsuz təyyarəsi olan Albatros M5-i vurub. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 63-cü əlahiddə mexanikləşdirilmiş briqadası məlumat yayıb. “Biz ilk dəfə olaraq Rusiyanın nadir pilotsuz təyyarəsi olan Albatros M5-i vurduq”, – deyə briqada qeyd edib. Bildirilib ki, bu dron real vaxt rejimində skan edilmiş ərazidə insanları müəyyən edən neyron şəbəkə ilə təchiz edilib.
Daha çox