Azərbaycan – Almaniya əlaqələrində yeni mərhələ

Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib. Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmi səfər çərçivəsində aprelin 2-də…

Daha çox

SOCAR-ın Qaz İxrac İdarəsi TOP10-luğa daxil olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (70,4 milyon ABŞ dolları) məxsus olub. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayında bildirilir. Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu “SOCAR Polymer” MMC (30,3 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki “Azəralüminium” MMC (23,4 milyon ABŞ dolları), “AzerGold” QSC (21,6 milyon ABŞ dolları), ilk dəfə SOCAR-ın Qaz İxrac İdarəsi (15,6 milyon ABŞ dolları), “Azərpambıq…

Daha çox

Naxçıvanın bəzi yerlərində su kəsiləcək

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsi, Babək, Əlincə, 6-cı məhəllə, o cümlədən Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq. Qeyd edilib ki, işlərin bu gün ərzində yekunlaşdırılacağı planlaşdırılır. Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Daha çox

Səyyar “ASAN xidmət” aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək

Səyyar “ASAN xidmət” aprelin 3-28-də Hacıqabulda, Qazaxda, Goranboyda, Xırdalanda, Qusarda, Yardımlıda, Beyləqanda, İsmayıllıda, Zaqatalada vətəndaşlara xidmət göstərəcək. Bu barədə SİA-ya “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək isə nahar fasiləsidir. Xatırladaq ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Daha çox

ADB “Bakı Metropoliteni”nin genişləndirilməsinə texniki dəstək layihəsini təsdiq edib

Asiya İnkişaf Bankı (ADB) “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiq edib. Bu barədə SİA-ya Bankdan bildirilib. Qeyd edilib ki, layihə Texniki Yardım Xüsusi Fondu tərəfindən 225 min ABŞ dolları məbləğində maliyyələşdirilir. Əsas məqsəd metro üçün hazırlanan dizaynların və sənədlərin təhlili, idarəetmə quruluşunu gücləndirən institusional dəyişikliklərin təşviqi, layihənin həyata keçirilməsi üçün imkanların artırılmasına dəstək verməkdir. ADB həmçinin təhlükəsizlik, satınalma və digər layihə tələbləri üzrə biliklərin əldə edilməsinə də dəstək göstərəcək. Bildirilib ki, layihə 2025-2029-cu illər üçün ADB-nin Azərbaycan üzrə ölkə tərəfdaşlığı strategiyasında qeyd olunduğu kimi, infrastrukturun təkmilləşdirilməsi və insan…

Daha çox

Dəhşətli zəlzələdə ölənlərin sayı artdı

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “Sinxua” Xəbər Agentliyi məlumat yayıb. Təbii fəlakət nəticəsində 4715 nəfər xəsarət alıb. Bildirilir ki, hazırda 341 nəfər itkin düşənlər siyahısındadır. “Bu səhərə olan məlumata görə, zəlzələ nəticəsində 3085 nəfər ölüb, 4715 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – deyə agentlik qeyd edib.

Daha çox

Faktiki hava açıqlanıb

Aprelin 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir. Havanın maksimal…

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,15% azalaraq 3 161.50 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 2.97% azalaraq 33.62 ABŞ dollarına bərabər olub.

Daha çox