Almaniya “Şimal axını” qaz kəmərinin bərpası imkanlarını nəzərdən keçirmir. Bunu çərşənbə axşamı, aprelin 1-də Kiyevdə keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok deyib. “Bu qaz kəməri bərpa oluna bilməz və bu qərar yalnız Almaniyadan asılıdır”, – Berbok vurğulayıb. Almaniya XİN-in rəhbəri əmin edib ki, Almaniyanın siyasi partiyaları bu məsələdə konsensusa gəliblər, mediada yayılan spekulyasiyalar isə reallığa uyğun gəlmir. O əlavə edib ki, “Şimal axını 2” ilə bağlı qərar Almaniyaya baha başa gələn strateji səhvdir. Hələ 2022-ci ildən əvvəl Ukrayna, Baltikyanı ölkələr və Polşa qaz kəmərinin…
Daha çoxDay: April 2, 2025
Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb
Tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında bildirib. Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
Daha çoxNarahatedici düşüncələr nədən qaynaqlanır?
“İstəkdən kənar insanın ağlına gələn, narahatedici düşüncələr obsessiv kompulsiv pozuntu hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Psixoloqun sözlərinə görə, obsessiv, yəni təkrarlanan narahatedici düşüncələr gərəksiz olsa da, həmin şəxs çox zaman bunun məntiqsiz oldugunun fərqində olur: “Yəni bu vəziyyət keçmiş adı ilə desək, nevrozdur. Psixoz isə odur ki, insan reallıqla qeyri-reallığı ayırd edə bilmir. Psixozda müxtəlif növ hallüsinasiyalar, yəni qarabasmalar da görülə bilir. Obsessiyalar təşviş pozuntusu sinfinə aiddir. Hansısa təhlükəli vəziyyət zamanı bizdə olan həyəcan təşviş normaldır. Yəni var olan təhlükəyə həyəcanlı…
Daha çoxAzərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxBakıda 30-cu Yubiley Bakı Enerji Həftəsi keçiriləcək
İyunun 2-4-də Bakıda enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu Yubiley “Bakı Enerji Həftəsi” (“Baku Energy Week”) baş tutacaq. SİA sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində Prezident İlham Əliyev iştirak edəcək. Ötənilki tədbirdə dövlət başçısı çıxış edərək, “Bakı Enerji Həftəsi”nin ölkəyə xarici investisiyaların cəlb edilməsindəki rolunu vurğulayıb. Eyni zamanda, tədbirin beynəlxalq miqyasda əhəmiyyətini təsdiq edən amillərdən biri artıq uzun illərdir ki, Bakı Enerji Həftəsinin iştirakçılarına ABŞ və Türkiyə prezidentlərinin, Böyük Britaniya Baş nazirinin salamlama məktubları göndərməsidir. “Bakı Enerji Həftəsi”nə…
Daha çoxTürkiyə olaylarında Qərb izi
Müxalifət Qərbin köməyinə ümid bəsləməməlidir – “Sabah” “İstanbulun həbsdə olan bələdiyyə sədri İmamoğlunun təmsil olunduğu Türkiyə müxalifəti Ərdoğana qarşı mübarizədə Qərb qüvvələrinin köməyinə ümid edir”, bu barədə “Sabah” yazır. “Lakin Qərb artıq əvvəlki kimi deyil, qlobalistlər Trampla qarşıdurmada uduzurlar və onların indi Türkiyə ilə məşğul olmağa vaxtları yoxdur”, məqalə müəllifi qeyd edir. Türkiyənin daxili və xarici gündəmləri bir-birinə tamamilə ziddir. Dünya Türkiyənin tarix yazmasından, beynəlxalq iyerarxiyanı dəyişməsindən danışarkən, ölkə daxilində, Cümhuriyyət Xalq Partiyasının (CHP) himayəsi altında, vətəndaş müharibəsi ssenarisini həyata keçirmək istədikləri üçüncü dünya dövləti imici yetişdirilir. Bir tərəfdə müxalifəti…
Daha çoxSabah yağış yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı…
Daha çoxİlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb
Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb. SİA xəbər verir ki, dövlətimizin başçısı bu barədə jurnalistlərin suallarına cavabında bildirib “Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh…
Daha çoxAzərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinin Data idarəedilməsi şöbəsinə yeni rəis təyin edilib. SİA xəbər verir ki, bu vəzifə aprel ayından Vüqar Məsimova həvalə edilib. Qeyd edək ki, o daha əvvəl AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb.
Daha çoxDMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib
Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarələri Bakının kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə səyyar xidmətlər göstərib. Bu barədə SİA-ya DMX-dən məlumat verilib. Bildirilib ki, səyyar xidmətlər çərçivəsində İsmayıllı, Ağsu, Naxçıvan, Şərur, Cəlilabad, Astara, Gəncə, Samux, Tərtər, Mingəçevir, Goranboy, Ağdaş, Xaçmaz, Şabran, Salyan və Neftçalada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. Eyni zamanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşamaq üçün icazələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.
Daha çox