Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək

Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral ayların da bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.

Daha çox

Zaur Əliyev vətəndaş qəbulu keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev vətəndaşları qəbul edib. Bu barədə SİA-ya agentlikdən məlumat verilib. Bildirilib ki, vətəndaşların müraciətləri diqqətlə dinlənilib və araşdırılaraq qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha çox

Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib

“Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat” Milli Məclisə təqdim edilib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, bu gün qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda hesabat müzakirə olunub. Bildirilib ki, sənəddə Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim olunub. Eyni zamanda, Hesabatda Hesablama Palatasının fəaliyyətinin, o cümlədən audit təsirinin (audit impact) ölçülməsi və fəaliyyətinin digər istiqamətlərdə təşkili barədə…

Daha çox

Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var

Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. SİA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib. “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Daha çox

SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 13 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 70,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib. SİA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir. Bildirilir ki, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 8,1 milyon ABŞ dolları və ya 13 % çoxdur. Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Daha çox

Bakıda beynəlxalq simpozium keçiriləcək

Bakıda “Müasir din təhsili modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçiriləcək. SİA xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə baş tutacaq. Simpoziumun bu il oktyabrın 22-23-də keçirilməsi nəzərdə tutulur. Bildirilib ki, simpoziumun məqsədi Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və…

Daha çox

ABŞ-da səhiyyə müəssisələrində kütləvi ixtisarlar

ABŞ prezidenti Donald Trampın administrasiyası Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və Qida və Dərman Administrasiyası (FDA) da daxil olmaqla, ABŞ-ın əsas səhiyyə qurumlarında işçilərini ixtisar etməyə başlayıb. SİA bu barədə yerli mənbələrə istinadən xəbər verir. Milli Sağlamlıq İnstitutunun da daxil olduğu ixtisarlar Tramp və onun milyarder müttəfiqi İlon Maskın federal agentliklərin və departamentlərin ölçüsünü azaltmaq üçün daha geniş planının bir hissəsidir. Ümumilikdə səhiyyə sektorunda 10 minə yaxın insanın ixtisar ediləcəyi gözlənilir. ABŞ cərrahı general Robert F. Kennedy Jr. CDC və FDA-da ixtisarları “şişmiş bürokratiyanı asanlaşdırmaq” üçün zəruri adlandırıb.…

Daha çox

Şəhid pilotların xatirəsi ehtiramla yad edilib

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib. İkinci Şəhidlər xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin, Nizami Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, hər üç şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilər şəhidlərimizin məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər, xatirələrini hörmətlə yad edib, ruhlarına dualar oxuyublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda…

Daha çox