Avropa İttifaqı İordaniyaya 500 milyon avro kredit ayırıb

Avropa İttifaqı İordaniyaya Makroiqtisadi Maliyyə Yardımı (MFA) proqramı çərçivəsində 500 milyon avro məbləğində kredit ayırıb. SİA “əl-Məmləkə” telekanalına istinadla xəbər verir ki, bununla bağlı qərar dünən Avropa Parlamentinin iclasında təsdiq olunub. Bu, Avropa İttifaqının 2013-cü ildən bəri İordaniyaya ayırdığı dördüncü yardım paketidir. Bildirilir ki, bu maliyyə yardımı paketi İordaniyanın mövcud iqtisadi və maliyyə çətinliklərinin öhdəsindən gəlməsinə kömək məqsədilə Avropa Komissiyası tərəfindən 2025-ci ilin yanvar ayında elan edilib.

Daha çox

“2025-ci ildə qızıl bir unsiyası tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşıb”

“1 aprel 2025-ci il tarixində qızıl bir unsiya üçün tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşmışdır. 2025-ci ildə qızılın qiymətinin 3150-3500 ABŞ dolları arasında ticarət olunması proqnozlaşdırılır, çünki geosiyasi gərginlik və iqtisadi tənəzzül bu qiymət artımını stimullaşdırır. ABŞ-da tətbiq edilən yeni tariflər və Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi, qızılın orta müddətli qiymət artımına səbəb olan əsas faktorlardandır”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib. Onun sözlərinə görə, geosiyasi risklərin artması və iqtisadi qeyri-müəyyənliklər yaxın 1-2 il ərzində qızılın tələbini artıracaq və bu da…

Daha çox

Pakistan Prezidenti xəstəxanada müalicəsini davam etdirir

Koronavirusdan əziyyət çəkən Pakistan Prezidenti Asif Əli Zərdari Karaçidəki xəstəxanada müalicəsini davam etdirir. SİA xəbər verir ki, Pakistan Prezidenti çərşənbə axşamı səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Prezidentin şəxsi həkimi Asim Hüseyn hazırda Asif Əli Zərdarinin təcrid vəziyyətdə olduğunu və onunla ekspertlər qrupunun məşğul olduğunu bildirib.

Daha çox

Dövlət Su Ehtiyatları Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək

Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra yerüstü su obyektləri üzrə nəzarəti yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) həyata keçirəcək. İndiyə qədər bu işi həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), eləcə də Fövqəladə Hallar Nazirliyi görürdü. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək…

Daha çox

“Vətəndaşların da gəlirləri artmağa başlayır”

“Daşınmaz əmlak bazarında qiymətlər, xüsusilə də mənzillərin qiyməti artıb”. Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. O bildirib ki, bu artım kirayə bazarının qiymətlərinə də təsirsiz ötüşmür: “Bəzi vətəndaşlar biznes üçün yol seçiblər. Elə mənzillər var ki, onları alıb kirayə verirlər. Bu zaman da vətəndaşlar bank faizləri ilə uyğunlaşma aparırlar. Məsələn, bu gün bank faizləri ortalama 5%-dən yuxarı, 8, hətta 10% aralığındadır. Bu, o deməkdir ki, yüz min manata daşınmaz əmlak alan şəxs ən azı oradan illik olaraq 10 min manat gəlir götürmək istəyir. 100…

Daha çox

Azərbaycanın süni intellekt irəliləyişləri beynəlxalq konfransında təqdim edilib

Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişləri 24-26 mart tarixlərində Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təqdim edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir. 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?” adlı panel sessiyada spiker qismində çıxış edərək, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın…

Daha çox

“Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir”

“Aprel döyüşlərinin hərb tariximizdə özünəməxsus yeri var”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, məhz Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir: “Bölgədəki vəziyyəti dəyişdi. Ermənistan və bütün dünya bildi ki, Azərbaycanın güclü ordusu var. Bildilər ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək, bu vəziyyətlə barışmayacaq. İkincisi, Azərbaycan xalqının özgüvənini daha da artırdı. Azərbaycan ordusuna inam daha da artdı. Atəşkəsdən sonra ordumuzda aparılan işlərin nəticəsini praktik olaraq xalqımız gördü. Təlimlər vasitəsilə görürdü, hərbi paradda görürdü, ancaq real döyüşlərdə…

Daha çox

Uşaq hüquqlarının bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiqlənib

Uşaq hüquqlarını həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunub ki, yeni təsdiqlənən meyarlar “Uşaq hüquqları haqqında” qanunun 43-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hazırlanıb və uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin təşkilinə və onların həyata keçirilməsinə nəzarət üzrə meyarları müəyyən edir. Meyarlara dair məlumatlar təhsil, tərbiyə və asudə vaxtın təşkili, sağlamlığın mühafizəsi, sosial müdafiə, alternativ qayğı, uşaqların təhlükəsizliyinin təmini və cinayət törətmiş uşaqların islah olunması fəaliyyət istiqamətlərinə uyğun olaraq…

Daha çox