…İkonik Concorde təyyarəsi təqaüdə çıxdıqdan 20 il sonra Çin səsdən sürətli sərnişin təyyarəsini yenidən səmaya çıxarmağa hazırlaşır. SİA-nın məlumatına görə, “Bild” xəbər verir ki, dövlətə məxsus təyyarə istehsalçısı “Comac” məşhur Anglo-Fransa təyyarəsinin varisi olacağı gözlənilən C949 adlı yeni təyyarənin dizaynını təqdim edib. Tərtibatçıların fikrincə, Çin təyyarəsi 1975 km/saat sürətə çatacaq ki, bu da təxminən 2400 km/saat sürətlə uçan Concorde-dan bir qədər yavaşdır. Bununla belə, C949 11 000 kilometrə qədər məsafə qət edə biləcək ki, bu da sələfindən demək olar ki, bir yarım dəfə çoxdur. Bundan əlavə, layner 168-ə qədər sərnişini…
Daha çoxDay: April 2, 2025
Azərbaycan nominal ÜDM həcminə görə MDB-də beşinci yeri tutub
Ötən ilin yekunlarına görə, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) nominal həcminə görə MDB ölkələri arasında beşinci yeri tutub. SİA MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanın nominal ÜDM-i 74,315 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,1 % artım deməkdir. Azərbaycan MDB ölkələri arasında nominal ÜDM həcminə görə Ermənistan, Qırğızıstan, Tacikistan və Moldovanı qabaqlayır. Ötən il MDB-də nominal ÜDM göstəricisinə görə ilk beşliyə Rusiya – 2,16 milyard ABŞ dolları (+4,1 %), Qazaxıstan – 288,112 milyardABŞ dolları (+4,8 %), Özbəkistan – 114,9…
Daha çoxFHN-in yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ilə bağlı səlahiyyəti ləğv edilib
Nazirlər Kabineti 15 oktyabr 1998-ci il tarixli “Su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemini, hövzə və ərazi sxemlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlayacaq. İndiyə…
Daha çoxFinlandiya Qərbi Rusiyaya qulaq asmağa çağırır..?
Helsinki Universitetinin professoru Tuomas Malinen hesab edir ki, Qərb Rusiya rəhbərliyinin Ukrayna məsələsi ilə bağlı bəyanatlarına qulaq asmalıdır. SİA-nın məlumatına görə, o, bu barədə X sosial şəbəkəsində yazıb. …Kreml Ukrayna və Avropa təhlükəsizlik strukturu ilə bağlı məqsədlərində çox ardıcıldır. Biz ona qulaq asmalıyıq. Bunu Malinen deyib. O, bundan əvvəl də ölkəsinin Rusiya ilə bağlı siyasətini tənqid edib. Daha sonra Stubbın Moskvaya qarşı “sərt” olmaq çağırışına cavab olaraq siyasətçinin təkcə Finlandiya üçün deyil, bütün Avropa üçün təhlükəli olduğunu bəyan edib. Malinen həmçinin Stubbı militarist siyasətinə görə tənqid edib və bunun utancverici…
Daha çoxAsiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) “Bakı Metropoliteni” QSC-yə kredit ayırmağı nəzərdə tutur. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, metronun genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır. Layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə AİİB-in kredit ayırması nəzərdə tutulub. Ayrılacaq vəsaitin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə…
Daha çox“Hakim partiyalar arasında dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir”
“Hər birinizi “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda salamlamaqdan məmnunluğumu ifadə edir, dəvətimizi qəbul edərək ölkəmizə səfərə gəlmiş Çin Kommunist Partiyasının nümayəndə heyətinə təşəkkürümü bildirir və konfransın işinə uğurlar arzulayıram”. SİA xəbər verir ki, bu sözləri “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda çıxışı zamanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır: “Azərbaycan…
Daha çoxEtibar Məmmədovun 70 illik yubileyi qeyd olunub
Aprelin 1-də Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, sabiq deputat Etibar Məmmədovun 70 illik yubileyi münasibəti ilə çap olunan “İstiqlal yolu” kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, millət vəkillərinin, siyasi partiya sədrlərinin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə kitabın müəllifi, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı giriş sözü ilə çıxış edib. Kitab haqqında məlumat verən müəllif qeyd edib ki, iki cilddən ibarət olan nəşrin I cildi Etibar Məmmədovun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 90-cı ilinin əvvəlinə qədərki dövrünə, siyasi fəaliyyətinə, II cildi…
Daha çox“Euronews” Azərbaycan iqtisadiyyatına töhfə verən təşəbbüslərdən reportaj edib
“Euronews” Azərbaycanda həyata keçirilən investisiya layihələri və ölkənin qeyri-neft sektorunun inkişafı barədə video yayımlayıb. SİA “Euronews”a istinadən xəbər verir ki, videoda İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tərəfdaşlarla birgə həyata keçirdiyi müxtəlif layihələrə diqqət çəkilib. Qeyd olunub ki, yaşıl enerji, əczaçılıq, qida və digər sənaye sahələri üzrə yaradılmış müəssisələr istehsalı lokallaşdırmaqla yanaşı, ölkədə texnologiya transferini sürətləndirir. Daha ətraflı: https://www.euronews.com/business/2025/03/20/how-azerbaijan-investment-company-balances-growth-innovation-foreign-investment
Daha çoxAzərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir
Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir. SİA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov aprelin 2-də Bakıda keçirilən “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq, ilk növbədə, qarşılıqlı iqtisadi faydaya əsaslanır: “Hazırda bəşəriyyətin gələcəyi naminə dövlətlərin və xalqların ciddi düşünməsinə zəmin yaranıb. Ona görə də əməkdaşlıqların, qarşılıqlı dəyərlər sisteminin yenidən qurulmasına ehtiyac var”. Ə.Əhmədov bildirib ki, Çin dünyanın iqtisadi cəhətdən güclü dövlətlərindən biri və…
Daha çox“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” dəyişib
Nazirlər Kabineti Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” yenilənib. Bundan sonra atmosfer havasına zərərli maddələrin atılmasına və tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəniş normativlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə zərərli maddələrin axıdılmasına görə ödəniş normativlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tətbiq edəcək.…
Daha çox