Azərbaycan “Innovation 2025” konfransında təmsil olunub

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təmsil olunub. SİA-nın məlumatına görə, mərkəzdən bildirilib ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?” adlı panel sessiyada spiker qismində çıxış edərək, Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişlərini, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın Vorvik polis idarəsinin Data, texnologiya…

Daha çox

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 7-dən 12-dək Fransanın Strasburq şəhərində keçiriləcək yaz sessiyasının gündəliyi məlum olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, sessiya çərçivəsində Gürcüstan, Türkiyə, Ukrayna və Serbiya ilə bağlı məsələlər müzakirə ediləcək. “Qəzzanın humanitar blokadasına dərhal son qoyulması və atəşkəsin bərpası üçün təcili çağırış” mövzusunda müzakirələr aparılacaq. Eyni zamanda, Avropada demokratik təhlükəsizliyə təhdid kimi xarici müdaxilə ilə bağlı növbəti məsləhətləşmələr keçiriləcək. Avropa Şurası (AŞ) ilə Avropa Siyasi Birliyi arasında qarşılıqlı əlaqələr, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmasının hüquqi aspektləri…

Daha çox

Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib: – Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Həm təkbətək görüşdə söhbət əsnasında, həm…

Daha çox

Trampın Suriya lideri ilə görüşmək planları üzə çıxıb…

ABŞ prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əl-Şara ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə Suriya mənbəsinə istinadən i24 məlumat yayıb. Telekanalın məlumatına görə, görüşə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman kömək edib. …Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına gözlənilən səfəri zamanı Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək”. Mətndə deyilir. Bundan əvvəl Ağ Evin mətbuat katibi Caroline Leavitt Amerika liderinin may ayında Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrinə səfər planlarını açıqlamışdı. Lakin o, onun səfərinin konkret tarixlərini və təfərrüatlarını açıqlamayıb. Əli Babayev

Daha çox

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub. Bu barədə SİA-ya DTX-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü ilə əlaqədar aprelin 2-si Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra Şəhidlər xiyabanında ölkənin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin…

Daha çox

“Obama üçüncü müddət üçün mübarizədə Trampın rəqibi ola bilər”

ABŞ-ın keçmiş prezidenti Barak Obama növbəti prezident seçkilərində hazırkı dövlət başçısı Donald Trampın əsas rəqibi ola bilər. SİA-nın məlumatına görə, bunu rusiyalı senator Aleksey Puşkov özünün Telegram kanalında bildirib. …Bir gün əvvəl Qərb mediası vəkil Boris Epstein qanunları öyrəndiyini və ABŞ prezidentinin üçüncü müddətə namizədliyini irəli sürməsinin yolunu tapdığını yazmışdı. Tramp da öz növbəsində qeyd edib ki, o, növbəti müddətə namizədliyi ilə bağlı “zarafat etmir”. O, əlavə edib ki, növbəti seçkilərdə iki müddət ABŞ prezidenti olan Barak Obamaya qarşı “məmnuniyyətlə” yarışacaq. …ABŞ-da üçüncü müddətə namizədliyi qadağan edən düzəliş ləğv edilərsə,…

Daha çox

AZAL ixrac gəlirini 90 % artırıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında qeyd edilir. Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 900 min ABŞ dolları və ya 90 % çoxdur. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında AZAL-ın ixrac gəlirləri 1 milyon ABŞ dolları təşkil edir. Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Daha çox

BMT missiyası təklifi ilə əlaqədar SUALLAR

Ukraynada beynəlxalq idarəçiliyin tətbiqinin Qərb siyasətinin elə məhz beynəlxalq qınağa səbəb olacağı qənaəti var və bu, həqiqətən də çox düşündürücüdür. Çünki tarixi faktlar və kifayət qədər təcrübələr belə bir qənaətə gəlməyə əsas verir və düşünməyə də vadar edir. Bununla belə, beynəlxalq idarəçiliklə bağlı təklifin olması da reallıqdır və hələ də həmin təklif müzakirəyə səbəb olub. BMT missiyasi ilə bağlı müəmmalı məqamlar var və buna görə də sualların yaranması tamamilə anlaşılan, başadüşüləndir Bildiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Murmansk vilayətinə etdiyi işgüzar səfəri zamanı seçkilərin keçirilməsi üçün BMT-nin himayəsi altında Ukraynanın…

Daha çox

Prezident əməkdaşlıq sazişini təsdiqləyib

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Qeyd edək ki, saziş bu ilin fevral ayının 12-də Bakı şəhərində imzalanıb.

Daha çox