ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Yakobs Azərbaycana gəlib. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, səfəri çərçivəsində o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Görüşündə açılış nitqi ilə çıxış edəcək: “Səfər çərçivəsində baş məsləhətçi enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə etmək, ABŞ-nin enerji liderliyi mövqeyini vurğulamaq və hər iki ölkə üçün enerji bolluğu və rifah imkanlarını araşdırmaq məqsədilə hökumət rəsmiləri, enerji sektoru liderləri və mütəxəssisləri ilə görüşəcək”.
Daha çoxDay: April 2, 2025
Fransa ordusunda fərarilik halları kəskin artıb
Fransa Milli Assambleyasının hesabatı 2022-ci ildən bəri orduda fərarilik hallarının kəskin artdığını, təkcə bu il 1485 hadisənin qeydə alındığını göstərib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, hesabat orduda sanksiyaların zəifliyini vurğulayaraq, qoşunları saxlamaqla bağlı yollar təklif edib. Parlament hesabatını deputatlar Loik Kervran (Horizons) və Karoline Kolombye (RN) hazırlayıb. “İşə qəbul və sədaqətlilik: Silahlı Qüvvələr Nazirliyində insan resursları uğrunda döyüşdə qalib gəlmək” adlı hesabat həyəcanverici mənzərə yaradır. Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, 2022-ci ildə 1485 əsgər fərarilik edib ki, bu da 2021-ci ildəkindən 56% çoxdur. Bu rəqəm 2023-cü ildə (1253)…
Daha çoxMeksika prezidenti BRİKS sammitində iştirakdan imtina etdi
Meksika prezidenti BRİKS sammitində iştirakdan imtina etdi
Daha çoxSahibə Qafarova Çin nümayəndələri ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Mərkəzi Komitənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lu Tzançaunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, spiker Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Görüşdə qeyd edilib ki, ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir…
Daha çoxMəhkəmə Qutsulun azadlığa buraxılması tələbini rədd edib
Kişinyov Apellyasiya Məhkəməsinin hakimləri Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun həbsdən azad edilməsi tələbini rədd edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qutsulun vəkili Sergey Morarunun məhkəmə zalını tərk edərkən dediyi kimi, hakimlər kollegiyası siyasətçinin həbsi ilə bağlı ilkin qərarı dəyişməz qalıb. Eyni zamanda vəkil hesab edir ki, Qutsula qarşı irəli sürülən ittihamlar siyasi xarakter daşıyır. …Hakimlər kollegiyası Qutsulun 20 sutka həbsdə qalmasına qərar verib. Xatırladaq ki, Qutsul 20 sutka həbs edilib – ona qarşı dörd maddə üzrə ittiham irəli sürülüb: 2023-cü il seçki kampaniyasının…
Daha çox“Böyük dövlətlər Azərbaycanla əlaqə qurmaqda maraqlıdırlar”
“Təəssüflər olsun ki, Almaniya prezidenti tərəfindən təxribat xarakterli və həqiqəti əks etdirməyən paylaşım sosial mediada yayıldı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, Azərbaycan tərəfi buna sərt etirazını bildirdi: “Almaniyanın səfiri ilə sərt danışıldı və üzrxahlıq edilməyəcəyi təqdirdə Almaniya prezidentinin Azərbaycana səfərinin məqsədə müvafiq olmadığı həmin tərəfə çatdırıldı. Ancaq mövcud problemi anındaca həll edərək üzrxahlıq məktubu Azərbaycan tərəfinə ünvanlandı. Hətta razılaşdırıldı ki, bu məktub media vasitəsilə də yayımlansın və bununla da bu problem öz həllini tapdı və hal-hazırda Almaniya Fedarativ Respublikasının prezidenti Azərbaycanda rəsmi səfərdədir.…
Daha çoxUşaq arabası sürən qadını vuran bloger Hacıyev evə göndərilib…
Moskva Vilayət Məhkəməsi BMW markalı avtomobili ilə drift edərkən qadını uşaq arabası ilə vuran blogger Hacı Hacıyevi ev dustaqlığına buraxıb. SİA xəbər verir ki, “İzvestiya” bu barədə Hacıyevin maraqlarını təmsil edən vəkil Dilan Rəcəviyə istinadən məlumat yayıb. …Bu gün Moskva Vilayət Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin edib və Odintsovo Şəhər Məhkəməsinin Hacıyevin həbs qətimkan tədbirinin qanunsuz və əsassız olduğuna görə onun barəsində ev dustaqlığı seçilməsi ilə bağlı həbs qətimkan tədbirinin uzadılması barədə qərardadını ləğv edib, – deyə nəşr vəkildən sitat gətirir. Məhkəmə Hacıyevin Dağıstanda yaşadığı yerdə ev dustaqlığına buraxılması barədə…
Daha çox“Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi”
“Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində Ştaynmayerin İnstaqram səhifəsində Qarabağ separatçılarının “bayrağı”nın yayımlanması Azərbaycanda haqlı etiraza səbəb oldu. Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı. Berlin bu hadisəyə görə dərhal Azərbaycandan üsr istədi, Almaniya Prezidentinin səhifəsində texniki səhvə yol verildiyi və həmin səhvin düzəldiyi açıqlandı. Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Elxan Şahinoğlu sözlərinə belə davam edib: “Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuata açıqlama verdilər. Birincisi, Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağın Azərbaycana aid olduğunu təsdiq etdi.…
Daha çoxİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib
Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Cənab Prezident, əziz qonaqlar, xoş gəlmisiniz. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bizim elə indicə cənab Prezidentlə məhsuldar görüşümüz oldu. Görüş zamanı biz ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələləri, eləcə də beynəlxalq məsələləri müzakirə etdik. Almaniya Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olub. Biz keçən il Berlində görüşmüşdük və mən dəvətimi qəbul etdiyinizə görə Sizə…
Daha çoxBelqradda UEFA-nın 49-cu Konqresi keçirilir
Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Konqresi öz işinə başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, konqresdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın ən mühüm idman tədbirlərindən birinə ev sahibliyi etmək üçün Belqradı seçdiyinə görə təşkilatçılara təşəkkürünü bildirib. “İnanıram ki, konqres uğurla keçəcək, müzakirələrin nəticələri Avropada və dünyada futbol ictimaiyyətinin güclənməsinə töhfə verəcək”, – deyə Serbiya Prezidenti əlavə edib. Konqres Avropa futboluna təsir edən qərarlar qəbul etmək üçün UEFA-ya üzv olan 55 milli assosiasiyanın prezidentlərini və baş katiblərini bir araya gətirib. İştirakçılar həm UEFA, həm də assosiasiyalardan gələn qərarları,…
Daha çox