Almaniya Ukraynaya 11 milyard avrodan çox hərbi yardım verəcək

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bildirib ki, Almaniya 2029-cu ilə qədər Ukraynaya 11 milyard avrodan çox hərbi yardım verəcək. SİA-nın məlumatına görə, onun sözlərini ölkənin Xarici İşlər Nazirliyi sitat gətirir. O qeyd edib ki, bu il Kiyev 3 milyard avro alacaq. Qeyd edək ki, Baerbok Ukraynanın paytaxtında səfərdədir. Bu, onun 2022-ci ilin fevralından bəri ölkəyə 11-ci səfəridir. Martın əvvəlində Baerbok Bundestaqı dərhal Kiyevə 3 milyard avro ayırmağa çağırıb. Vitse-kansler Robert Habek də o zaman Ukraynaya hava hücumundan müdafiə sistemlərinin alınması da daxil olmaqla 3 milyard avronun ayrılması zərurətindən danışmışdı.…

Daha çox