ABŞ “Ənsar Allah”a qarşı əməliyyat çərçivəsində Yəmənin üç vilayətinə hücum edib. SİA xəbər verir ki, bu barədə Husilərin “Al Masirah” telekanalı məlumat yayıb. Zərbələr Hodeyda, Saada və Hacja əyalətlərində qeydə alınıb. Hodeyda əyalətinin strateji əhəmiyyəti onun beynəlxalq hava limanı və üç mühüm limana ev sahibliyi etməsi və bölgənin həm də uzun sahil zolağına malik olması ilə müəyyən edilir. Martın 15-də ABŞ Prezidenti Donald Tramp yəmənli husilərə qarşı hərbi əməliyyatların başlanması əmrini verib. Tramp bildirib ki, hərbi əməliyyat Amerikanın gəmiçilik, hava və dəniz qüvvələrini qorumaq və naviqasiya azadlığını bərpa etmək məqsədi…
Daha çoxDay: April 2, 2025
Britaniyalı deputat parlamentdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü yad edib
Böyük Britaniya Parlamentinin üzvü Bob Blakman 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Britaniya Parlamentində çıxış edib. SİA xəbər verir ki, deputat çıxışında azərbaycanlılara qarşı törədilmiş qətliamı xatırladaraq, İcmalar Palatasının bu dəhşətli hadisələr zamanı həyatını itirən insanları ehtiramla yad etməsinin vacib olduğunu deyib. Blakman çıxışında Qarabağın işğaldan azad edilmiş ərazilərindəki mina təhlükəsinə də toxunub. O, qeyd edib ki, hazırda bu ərazilərdə yüzlərlə mina əl ilə təmizlənməkdədir. Deputat Böyük Britaniya hökumətinə müraciət edərək Azərbaycanın minatəmizləmə səylərinə dəstək göstərilməsini istəyib: “Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın ildönümündə faciəvi şəkildə həyatını itirənləri yad etmək…
Daha çoxFinlandiya piyada əleyhinə minaların qadağan edilməsi haqqında konvensiyadan çıxmağa hazırlaşır
Finlandiya Piyada Əleyhinə Minaların Qadağan edilməsi Haqqında Ottava konvensiyasından çıxmağa hazırlaşır. SİA Finlandiya mediasına istinadla xəbər verir ki, bu barədə hökumətin saytında yerləşdirilmiş bəyanatda qeyd olunub. “Hazırda Finlandiyaya qarşı birbaşa hərbi təhdid yoxdur. Ottava sazişinin qüvvədən düşməsi təhlükəsizlik sahəsində dəyişikliklərə müxtəlif üsullarla hazırlaşmaq imkanı verir”, – deyə ölkənin Baş naziri Petteri Orpo vurğulayıb. Finlandiya baş nazirinin sözlərinə görə, Helsinkinin xarici siyasətinin əsas hədəfləri “Finlandiyanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi, ölkənin hərbi münaqişələrə cəlb edilməsinin qarşısının alınması, finlərin təhlükəsizliyi və rifahının təmin edilməsidir”. Bundan başqa Finlandiya Dövlət Şurası 2029-cü ilə…
Daha çoxİtaliyada doğum səviyyəsi kəskin aşağı düşüb
İtaliyada doğum səviyyəsi kəskin azalıb. Hər qadın üçün doğum nisbəti 1995-ci ildəki göstəricidən aşağı düşərək tarixi minimuma enib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Ötən il İtaliyada 370 min uşaq doğulub. 2023-cü ildə bu göstərici 526 min idi. 2024-cü ildə hər qadına üçün doğum nisbəti 1,18 uşaq olmaqla 1995-ci ildəki minimum 1,19-luq göstəricidən də aşağı düşüb. Keçən il İtaliyada ömür uzunluğu 2023-cü ilə nisbətən 5 ay artaraq 83,4 yaşa çatıb. Ölkədə doğuş qabiliyyətinin azalması ilə yanaşı, orta doğuş yaşı da…
Daha çoxTürkiyədə boykot çağırışı edənlər barəsində təhqiqat aparılır
İstanbul Respublika Baş Prokurorluğu Türkiyədə yerli mal və müəssisələrə qarşı boykot çağırıı edən şəxslər barədə təhqiqata başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, prokurorluğun açıqlamasında “nifrət və ayrı-seçkilik” və “əhalini kin və düşmənliyə təhrik etmək” ittihamı ilə başlanan təhqiqata ənənəvi və sosial mediada əhalinin müəyyən hissəsinin iqtisadi fəaliyyətinə təsir göstərməyi hədəfləyən, əhali arasında boykot çağırışları olaraq bilinən fikir ayrılığı yaradan ifadələr işlədən və bu çağırışları yayan şəxslərin cəlb olunacağı bildirilir. Prokurorluq bununla yanaşı, bu çağırışlar əsasında Türkiyənin bəzi iş yerlərinə qarşı fiziki və şifahi zorakılıq halları ilə bağlı başladılan…
Daha çoxBu ölkə Trampdan kömək istəyir
Ekvador prezidenti Daniel Noboa ABŞ prezidenti Donald Trampdan narkotik kartelləri ilə mübarizədə kömək istəyib. SİA bu barədə Noboanın Sucesos radiostansiyasına müsahibəsinə istinadla xəbər verir. “Biz xahiş etmişik ki, hazırda vətəndaşlarımızın əmin-amanlığını pozan narkotik-terror qrupları terrorçular siyahısına salınsın”, – o deyib. Noboa xatırladıb ki, ABŞ qanunları xaricdə ABŞ-ın düşməni kimi tanınan terrorçulara qarşı hərbi güc tətbiq etməyə icazə verir. Ekvadorlu siyasətçi bunu Floridadakı Mar-a-Laqo malikanəsində Trampla şəxsi görüşdən sonra deyib. Onun sözlərinə görə, Amerika lideri ilə qeyri-rəsmi söhbəti zamanı miqrantlarla mübarizə və Venesuelaya qarşı sanksiyalar, habelə narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni…
Daha çoxAlmaniya Ukraynaya 11 milyard avro hərbi yardım ayıracaq
Almaniya Ukraynaya 11 milyard avro həcmində hərbi yardım ayıracaq. SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlayıb. O bildirib ki, həmin vəsaitin 3 milyardı ölkəyə bu il, geri qalan 8,25 milyard dollarlıq hissəsi isə 2025 – 2029-cu illər arasında veriləcək.
Daha çoxAzərbaycan nümayəndəsi “Sanremo Junior” mahnı müsabiqəsində ilk üçlükdə yer alıb
Azərbaycanın 15 yaşlı nümayəndəsi Camal Qasımov solo ifaçılar üçün nəzərdə tutulmuş beynəlxalq “Sanremo Junior” mahnı və musiqi müsabiqəsində üçüncü yeri tutub. Müsabiqənin finalı hər il İtaliyada, məşhur “Ariston” konsert salonunun səhnəsində simfonik orkestrin müşayiəti ilə keçirilir. SİA xəbər verir ki, Camal Qasımov festivalın 25 iştirakçısı arasında ilk üçlüyə düşməyi bacarıb. Qeyd edək ki, San-Remo şəhərinin rəsmi himayəsi altında keçirilən musiqi müsabiqəsi gənc istedadlara öz mahnılarını geniş auditoriyaya təqdim etmək imkanı yaradır.
Daha çoxHakan Fidan sabah Fransaya rəsmi səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, nazir səfər çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barrotla görüşəcək. Görüşdə Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı əlaqələri, Avropa təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, Qəzza və Suriya da daxil olmaqla, cari regional və beynəlxalq hadisələrin müzakirə predmeti olması gözlənilir.
Daha çoxBelarusda saxta avroların sayı artıb…
…Milli Bankın məlumatına görə, 2024-cü ildə Belarusda daha az saxta pul olub, yəni onun miqdarı 28,1 faiz azalıb. SİA-nın məlumatına görə, il ərzində ölkədə 793 saxta əskinas və 2 sikkə aşkar edilib. Saxta ABŞ dollarının sayı 31,9 faiz, Belarus rublu 66,7 faiz azalıb. Eyni zamanda, saxta rus rubllarına 16,1 faiz, avroya isə 10,2 faiz daha çox rast gəlinib. Ən çox saxtalaşdırılan əskinaslar 50 avroluq əskinaslar olub, onların sayı təxminən 67 faiz artıb. Rusiya rublu arasında saxtaların 84,7 faizi 5 min rublluq əskinas olub. 100 Belarus rublu əskinaslarının saxtalaşdırılması ilə bağlı…
Daha çox