Müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb. Bu barədə SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, cari il fevralın 20-28-də keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyasına bu gündən etibarən 5 iş günü müddətində elektron qaydada ([email protected] elektron poçtuna) müraciət ünvanlamaq mümkündür.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.03% – 41,989.96 bəndədəkazalıb, S&P 500 indeksi 0.38% – 5,633.07 bəndədək, Nasdaq indeksi isə 0.87% – 17,449.89 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 1-də FTSE 100 indeksi 0.61% – 8,634.80 bəndədək, Fransanın CAC-40 indeksi 1.10% – 7,876.36 bəndədək, Almaniyanın DAX indeksi 1.70% – 22,539.98 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.05% azalaraq 1.0788 dollar təşkil edib.

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 9. “20…

Daha çox

Sergey Lavrov Rusiya və ABŞ arasında ikinci görüşə hazırlıq barədə məlumat verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Zvezda” telekanalına müsahibəsində Rusiya və ABŞ arasında ikinci görüşə hazırlıq barədə məlumat verib. SİA xəbər verir ki, onun sözlərinə görə, hazırda telefon və video rabitə vasitəsilə əlaqələr davam edir. “İstanbulda görüş olub, indi ikinci görüş hazırlanır. Telefon və videokonfrans vasitəsilə təmaslar davam edir”, – deyə Rusiya XİN rəhbəri qeyd edib. Sergey Lavrov hələlik heç bir proqnoz vermək istəmədiyini, lakin Moskvanın müsbət dəyişikliklər gördüyünü vurğulayıb. “Biz irəliləyişləri və amerikalı tərəfdaşlarımızın bir-birinin paytaxtında diplomatların normal işinə mane olan, diplomatik praktika nöqteyi-nəzərindən tamamilə qəbuledilməz olan bu maneələri…

Daha çox

Türkiyə gücünü milli iradədən alan rəhbərliklə yoluna davam edir

Türkiyə son dövrlərdə həm daxildə, həm də xaricdə intensiv dezinformasiya kampaniyalarına qarşı mübarizə aparır. Ana müxalifət partiyasındakı daxili çəkişmələr və bu prosesdə ictimaiyyətə əks olunan iddialar dəhşətvericidir. Təəssüf ki, bu qədər ciddi iddialar qarşısında utanc hissi keçirməli olanlar ictimai vicdana hesab vermək əvəzinə yalan və iftira siyasətini davam etdirir, manipulyasiyaya əl atırlar. SİA xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altunun ölkədə baş verən son hadisələrə dair açıqlamasında yer alıb. Altun, sosial media hesabından verdiyi açıqlamada Türkiyəyə qarşı iqtisadi sabitliyi və investor etimadını sarsıtmağa…

Daha çox

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 28 ailə – 110 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən…

Daha çox

Bu gün 22 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli…

Daha çox

ABŞ-yə viza almaq istəyənlərin nəzərinə!

ABŞ dövlət katibi Marko Rubionun xarici nümayəndəliklərə ABŞ-yə viza üçün müraciət edən şəxslərin sosial media hesablarını yoxlamağı tapşırdığı bildirilir. SİA xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Bildirilib ki, buna səbəb həmin şəxslərin Fələstin tərəfdarı olub-olmadığını müəyyən etmək üçündür. Məlumata görə Rubio ABŞ-nin xarici nümayəndəliklərinin əməkdaşlarına tələbə və digər vizalarla bağlı müraciət edən, ABŞ və İsraili tənqid edən şəxslərin ölkəyə girişinin qarşısını almaq məqsədilə sosial media hesablarını nəzərdən keçirməyi tapşırıb. Qeyd edək ki, Rubio 300-dən çox əcnəbi tələbənin vizalarını ləğv etdiklərini açıqlamışdı.

Daha çox