“Turizm otel kompleksləri üçün böyük bir təcrübə oldu”

“Hər il olduğu kimi ənənəvi olaraq bu ildə 10-12 günlük mart tətili günləri oldu. Bu mart tətili günlərində, xüsusən də yerli vətəndaşlar, turistlər bölgələrə daha çox üstünlük verdilər. Şəki-Qax-Zaqatala bölgəsi, eyni zamanda Qusar-Quba, yeni bir destenasiya kimi işğaldan azad olunmuş ərazilərimiz olan Qarabağ bölgəsinə, xüsusilə Şuşa-Laçın istiqamətində turistlərin aktivliyi müşahidə olunurdu. Mən hesab edirəm ki, işğal olunmuş ərazilərdə müəyyən qədər məhdudiyyət olsa da, portal məsələsi hələki qüvvədədir. Hesab edirəm ki, portal aradan qaldırıldıqdan sonra yerli turistlərin Qarabağ bölgəsinə intensiv axını baş tutacaq”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman…

Daha çox

5 min autizm sindromlu əlilliyi olan şəxs var

Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu kateqoriyadan olan şəxslərə də reabilitasiya xidmətləri göstərilir. Autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafı, sərbəst yaşamaq imkanlarının dəstəklənməsi məqsədilə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə reabilitasiya xidmətlərinə cəlb olunurlar. Agentlik tərəfindən həmin şəxslər ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan bu…

Daha çox

Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub

“BakıKart” mobil tətbiqində yaranmış nasazlıq artıq aradan qaldırılıb, vətəndaşların balansı bərpa olunub. SİA xəbər verir ki, problem mobil tətbiqin yenilənmiş versiyada istifadəyə verilməsindən sonra həll edilib. Xatırladaq ki, bu problem ötən ilin avqust ayından yaranmışdı. “BakıKart” Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulub. Onun mobil tətbiqi vətəndaşlara balanslarını idarə etməyə və kartla ödəniş etməyə imkan verir.

Daha çox

Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıda rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayeri qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi. Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Daha çox

Baş prokuror Yevlaxda vətəndaşları qəbul edəcək

Baş prokuror Yevlaxda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də, saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında Yevlax, Ağdam, Goranboy, Naftalan, Tərtər rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun…

Daha çox

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları, yaxud 0,54 % artaraq 78,71 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 77,68 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,45 ABŞ dolları və ya 0,59% artaraq 76,91 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…

Daha çox

Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 2-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:40-da “CoinMarketCap” platformasında 1.31% bahalaşaraq 84 294 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.81% artaraq 1860 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.55%, BNB isə 1.96% ucuzlaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox