Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı əlavə edib: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O…

Daha çox

46 milyon manata yaxın ipoteka krediti verilib

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 45,5 milyon manat kredit verilib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 12,8 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 0,2 % azalaraq 47,8 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 4 dəfə artaraq 200 milyon manata, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7 % azalaraq 21,3 milyon manata düşüb.

Daha çox

Vitamin D-nin orqanizm üçün üstünlüyü NƏDİR?

“Vitamin D orqanizm üçün çox vacib vitaminlərdən biridir. Yağda həll olunan vitamin olduğu üçün, bu daha çox yağlı qidalarla birlikdə qəbul olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim, dietoloq, uzun ömürlük üzrə ekspert, diet kitablar müəllifi Leyla Zülfüqarlı deyib. O bildirib ki, əsas mənbəyi təbii ki, 10-20%-i qidalarımızdan ala bilirik, amma qidalanma qaydaları və həyat tərzi səhv olduqda əksiklik yarana bilər. Digər 80-90%-i isə günəşin ultrabənövşəyi şüalarının dəriyə çatmaması nəticəsində, yəni birbaşa günəşin ultrabənövşəyi şüasının dəriyə təması nəticəsində əldə edilir. Əsas qaynaq budur. Lakin, bizim coğrafi mövqeyimizə görə, ölkəmizdə ultrabənövşəyi…

Daha çox

“Həmin dövrdən sonra kartofun qiyməti bahalaşmağa başlayıb”

“Həmişəki kimi, yenə Azərbaycanda fevral, mart, aprel və may aylarının əvvəllərində kartof və soğanın qiymətinin bahalaşması müşahidə olunur. Bu, artıq ənənə halını alıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Azərbaycanda ölkə əhalisinin tələbatının 80-90%-ni ödəyə bilən həcmdə kartof istehsal olunur. Amma məsələ ondadır ki, bu kartof istehsalı bəzi hallarda mart, bəzi hallarda isə fevral ayında tükənir. Tükənmədən sonra kartofun qiyməti dəyişir və bahalaşır. İndi də artıq mart ayının əvvəllərində ölkədə kartof ehtiyatının tükənməsi müşahidə edilib. Həmin dövrdən sonra kartofun qiyməti bahalaşmağa başlayıb.…

Daha çox

Avropa müharibəyə hazırlaşır

Brüssel avropalılara müharibə vəziyyətində nə etmək lazım olduğunu tövsiyə edir Brüssel israrla avropalıları qaçılmaz müharibə ehtimalı ilə qorxudur. Lakin bunu son dərəcə yöndəmsiz edir. Beləliklə, siyasətçilər “sağ qalmaq” üçün adi vətəndaşlara İsveçrə bıçaqları və bir göyərtə kartı almağı tövsiyə edirlər. Rusiya Ukraynanı diz çökdürə bilmir, amma Avropanı hədələyir: bu, Brüsseldəki məmurlar tərəfindən irəli sürülən ritorikadır, onlar bizdən ən pis vəziyyətə hazırlaşmaq üçün əvvəlcədən çantamıza bir İsveçrə ordusunda istifadə edilən bıçaq qoymağı tələb edirlər… Keçən çərşənbə günü Avropanın Bərabərlik, Hazırlıq və Böhrana Müdaxilə üzrə Komissarı Hadja Lahbib sosial media hesabında ingilis…

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% artaraq 3 147,5 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,69% artaraq 34,55 ABŞ dollarına bərabər olub.

Daha çox

“Toylarla yanaşı ayrılma mərasimləri də təmtəraqlı keçirilməlidir”

“Bütün dünyada gedən proseslər bu və ya digər dərəcədə Azərbaycanda da öz təsirini göstərir. Bu, həm də bizim məişət səviyyəsinə, evlilik və toy mərasimlərimizə də artıq təsirini göstərib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, əvvəllər mağarda, çadırda toy edib 40 gecə çalıb, oynayıb şənlənirdiksə, indi bunu etmək mümkün deyil: “Əvvəllər qadın və kişi toyları ayrı, xınayaxdı, nişan, elçilik, üç gün, ciyər axşamı, paltarkəsdi ayrı mərasimlər…

Daha çox

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib. SİA-nın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Təkcə martda isə 28 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 58 % azdır. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 136,36 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 107 min…

Daha çox