…Vladimir Putin hərbi xidmətə yazda çağırış haqqında fərman imzalayıb. Dərc edilən sənədə əsasən, apreldən iyun ayına qədər davam edəcək kampaniya zamanı orduya 160 min yeni çağırışçı göndəriləcək.
SİA-nın məlumatına görə, mövcud qanunvericiliyə uyğun olaraq, 18 yaşdan 30 yaşadək vətəndaşlar hərbi xidmətə çağırılırlar.
Rusiya liderı hökumətə, rayon icra hakimiyyətlərinə və çağırış komissiyalarına çağırış planının vaxtında və səmərəli həyata keçirilməsi üçün bütün lazımi tədbirləri təşkil etməyi tapşırdı.
Qeyd edilməlidir ki, qarşıdan gələn kampaniya son 14 ilin ən böyük kampaniyası olacaq.
Onu da qeyd edək ki, sonuncu dəfə 2011-ci ildə Rusiya Müdafiə Nazirliyi 203 min nəfəri hərbi xidmətə çağıran zaman daha çox əsgər çağırılıb. Ancaq həmin ilin payızında cəmi 135 min nəfər çağırılıb. 2012-ci ildən bəri yaz və payız çağırışlarının sayı 155,5 min nəfəri keçməyib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yazında 134 650 nəfər, həmin ilin payızında isə 127 500 nəfər orduya göndərilib.
Ukrayna ilə müharibənin birinci ilində 134,5 min nəfər yazda, 120 min nəfər isə payızda xidmətə göndərilib. Bununla belə, 2023-cü ildə 147 min nəfər yazda, 130 min nəfər isə payızda xidmətə çağırılıb. 2024-cü ildə də bu dinamika davam edib: yaz çağırışı 150 min nəfər, payız çağırışı 133 min nəfər təşkil edib.
Əli Babayev