Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə yaş həddinin artırılması təsdiqlənib

Milli Məclis Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin artırılmasını son oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirə edilib. Qeyd edilib ki, dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir. Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi…

Daha çox

Azərbaycan gömrüyünün saxladığı mallar 50 % endirimlə hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycan gömrüyünün saxladığı tibb, təsərrüfat, inşaat və elektronika mallarını 5-ci dəfə – qiyməti 50 % aşağı salınmaqla açıq hərraca çıxarır. SİA quruma istinadən xəbər verir ki, hərrac aprelin 21-də, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək. İnvestorlara start qiyməti 18 656 manat olan 375 adda tibb, təsərrüfat və inşaat malları, eləcə də start qiyməti 7 303 manat təşkil edən 369 adda elektronika məhsulu təklif olunacaq. Hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start…

Daha çox

“ADY” QSC lisenziya və icazə tələbindən azad olunur

“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Qanunun bu tələbi nəzərə alınmaqla, “Nəqliyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və müvafiq qurumun (“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri…

Daha çox

Bu gün Milli Məclisin plenar iclası keçirilir

Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. Azərbaycan Respublikasının Əmək…

Daha çox

“İnsanlar o qədər proqramlar üzrə hərəkət edir ki,…”

“Biz informasiya cəmiyyətində yaşayırıq və bu informasiya cəmiyyətinin özünəməxsus xüsusiyyətləri vardır. İnformasiya cəmiyyəti, informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından yüksək göstəricilərə malik bir cəmiyyətdir. İnsanlar üçün kifayət qədər sürətli ünsiyyət-kommunikasiya fəaliyyət imkanları mövcuddur. Bu insanlar həyatını asanlaşdırmaq, işləri sürətləşdirmək, daha operativ fəaliyyət göstərmək üçün çox geniş imkanlar yaradan bir cəmiyyətdə yaşayırlar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib. Onun sözlərinə görə, əlbətdəki hər bir elmi-texnoloji inkişaf özü ilə müsbət yeniliklər gətirdiyi kimi insanların həyatında bir sıra sosial problemlərə də yol aça bilir: “Müasir dövrdə insanlar həddindən çox informasiya axınına məruz qalırlar.…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 31-də Amerika fond bazarlarında Dow Jones indeksi 1% – 42,001.76 bəndədək, S&P 500 indeksi 0.55% – 5,611.85 bəndədək artıb, Nasdaq indeksi isə 0.14% – 17,299.29 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 31-də FTSE 100 indeksi 0.88% – 8,582.81 bəndədək, Fransanın CAC-40 indeksi 1.58% – 7,790.71 bəndədək, Almaniyanın DAX indeksi 1.33% – 22,163.49 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% azalaraq 1.0815 dollar təşkil edib.

Daha çox

Təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,27% artaraq 4,14 ABŞ dolları təşkil edib.

Daha çox

“E-Polis”-də dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, bunun üçün mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özünüz və ya başqa bir şəxs üçün ödəniş edə bilərsiniz. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə,…

Daha çox

KOBİA gənc sahibkarlarla bağlı ötənilki fəaliyyətini açıqlayıb

2024-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40 %-ni gənclər təşkil edib. SİA KOBİA-ya istinadən xəbər verir ki, təkcə biznes subyektini vergidən azad edən “Startap” şəhadətnaməsi almış KOB-ların 30 %-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30 %-i gənc sahibkarlar və startaplardır. KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri…

Daha çox