“Dünyanın nəhəng ölkələrinin, beynəlxalq təşkilatlarının həll edə bilmədiyi Qarabağ münaqişəsini Azərbaycan 44 gündə həll etdi”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Əziz Ələkbərli deyib. Onun sözlərinə görə, bölgəni münaqişə ocağı etmək istəyənlər də həmin dövlətlərdir: “ABŞ-ın təşkilatları Azərbaycanın 1 milyon insanı qaçqın olmamış kimi, mədəniyyət abidələri istismar olunmamış kimi, torpaqları işğal olunmamış kimi utanmadan Azərbaycanı ittiham etməyə çalışırlar. Bu yalanlara Azərbaycan xalqının və dövlətinin qarnı toxdur. Biz 30 ildə kimin kim olduğunu gördük. Azərbaycanlı və müsəlman olduğuna görə Qərbi azərbaycanlıları indiki Ermənistana gödərmək lazımdır.…
Daha çoxDay: April 1, 2025
Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi həyata keçirilib
Avropa Tələbələr Forumu Bakı İctimai Biriliyi tərəfindən 17-23 mart tarixlərində paytaxt Bakı və Şamaxı şəhərlərində keçirilən Novruz bayramına həsr edilmiş Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) layihəsi uğurla yekunlaşıb. SİA xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan və Avropa ölkələrindən olan gənclər arasında mədəniyyətlərarası mübadilənin inkişafına töhfə vermək, onlar arasında ölkəmizin zəngin mədəni və tarixi irsinin tanıdılmasını təmin etmək, həmçinin qədim Novruz adət-ənənələrini beynəlxalq ictimaiyyətə təqdim etməkdir. Novruzun rəngarəng atmosferini birlikdə paylaşdığımız, 7 gün davam edən festivalda Türkiyə, Rusiya, İspaniya və Çexiya kimi müxtəlif ölkələrdən 25 xarici qonaq olmaqla, ümumilikdə…
Daha çox“Bizə qarşı ikili yanaşmalar davam edəcək”
“1992-ci ildə Xocalıda törədilmiş soyqırım ilə, 1918-ci ildə baş verən soyqırımlar eyni vəhşiliklə baş tutmuşdur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zaman çıxışında deputat Azər Badamov deyib. Onun sözlərinə görə, bu, erməni xislətinin dəyişmədiyini göstərir: “Azərbaycan 44 gün ərzində torpaqlarını işğaldan etdi. Müharibənin bitdiyi ilk gündən sülh müqaviləsi bağlamaq üçün Azərbaycan çalışır. Lakin Ermənistan sülhdən qaçır. Bizə qarşı ikili yanaşmalar davam edəcək. Ona görə də bunun baş verməməsi üçün yeganə çıxış yolu Prezidentimizin ətrafında birləşməkdir”.
Daha çoxBayram günlərində 130 000-ə yaxın sərnişin daşınıb
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 19-31 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. SİA xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub. Gücləndirilmiş iş rejimi ərzində paytaxtdan bölgələrə və əks istiqamətə 7386 reys həyata keçirilib, 130 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün…
Daha çoxİcma sədri ABŞ-ı Ermənistana missiya göndərməyə çağırıb
“Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib. İcma sədri deyib ki, məlum oldu ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən…
Daha çoxDeputat sahibsiz heyvanlara dair təkliflərlə çıxış edib
“Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir: “Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər…
Daha çoxNazirlər Kabineti dövlət rüsumu ilə bağlı daha bir qərarı təsdiqləyib
Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq. Bundan başqa, büdcədənkənar vəsaitin Nazirliyin Aparatı və strukturuna daxil olan qurumları arasında bölgüsü…
Daha çoxParlament “Feldyeger rabitəsi haqqında” qanuna dəyişikliyi son oxunuşda qəbul edib
Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. SİA xəbər verir ki, Milli Məclis bununla bağlı “Feldyeger rabitəsi haqqında” qanuna dəyişikliyi bugünkü plenar iclasda üçüncü oxunuşda müzakirə edib. Qeyd edilib ki, qanun layihəsində iki dəyişiklik (mahiyyətcə və texniki xarakterli) nəzərdə tutulur. Yeni məzmunda təklif olunan 3.2-ci maddə ilə müvafiq icra hakimiyyəti orqanı diplomatik korrespondensiyanın daşınması qaydasını müəyyən edən orqan kimi təsbit edilir. İkinci dəyişiklik isə qanunvericilik texnikası baxımından edilən dəyişiklikdir. Layihə müzakirələrdən sonra son oxunuşda qəbul olunub.
Daha çoxUn niyə bahalaşıb? – İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
Un niyə bahalaşıb? – İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
Daha çoxPutin üçün ikiqat tariflər
Rusiyanın Ukraynaya qarşı müharibəsində atəşkəsi gecikdirmək üçün Putinin taktikasına ABŞ prezidentinin səbri tükənir. Donald Tramp Vladimir Putinə qəzəblidir və Ukraynada atəşkəs razılaşması əldə olunmasa, Rusiyadan gələn bütün neftə “ikinci dərəcəli tariflər” tətbiq etməyə hazırdır, Amerika mətbuatı yazır. Deyəsən, Amerika prezidenti Putinin danışıqları uzatdığını anlamağa başlayıb. Son tarix Tramp jurnalistlərə bildirib ki, Rusiyanın Ukraynada atəşkəsə nail olması üçün “psixoloji son tarix” var. “Bu, psixoloji son tarixdir. Əgər onların bizi aldatdıqlarını düşünsəm, bundan məmnun olmayacağam”, – Tramp müxbirin Rusiyanın müqaviləyə razılıq verməsi üçün son tarix olub-olmaması ilə bağlı sualına cavab verib. ABŞ…
Daha çox