“Biz istehlakçı cəmiyyətində yaşadığımızı görməliyik. Bizim dünyada gözü, nəfsi doymaz, bütün hər şeyini qurban verən istehlakçıya çevrilmək uğrunda mübarizə gedir. Bütün bunları biznes qurumları edir. Təsadüfi deyil ki, “Yuval Noah Harari”nin əsərində göstərilir ki, insanlar ovçu toplayıcı cəmiyyətindən sənaye cəmiyyətinə keçiddən sonra bu məsələlər başlayıb. Sənaye cəmiyyəti dünyada bərqərar olunandan sonra istehlakçıların beynini yumaq, onları izafi istehlakçıya çevirmək üçün milyardlarla pullar xərclənir. Artıq yüz illərdir ki, bu proses davam edir”. Bu sözləri SİA-ya Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, əslində hazırki dövrün müharibələri əvvəldə olduğu…
Daha çoxDay: April 1, 2025
Xaricdəki trolların menyusuna yeni tezislər əlavə olunur
Bu gün soyuna- kökünə, vətəninə, xalqına bağlı olan hər bir kəs azərbaycanlı olması ilə fəxr edir, qürur duyur. Təkcə ona görə yox ki, şərəfli tariximiz fonunda, bugünkü sosial, iqtisadi, mədəni, elmi uğurlarımız var, həm də 30 illik erməni işğalına son qoymaqla adını hərb tarixinə qəhrəman, mübariz xalq olaraq yazdırdı. Lakin elə şəxslər var ki, qazanılan möhtəşəm qələbələrimizə xor baxmaq, nailiyyətlərə kölgə salmaq yolunu tuturlar. Belə cılız düşüncə sahiblərinin sayı az olsa da, hər halda nankor məxluqlar var və bu da təəssüf doğurur. Söz yox ki, nankorluq ondan irəli gəlir ki,…
Daha çoxRamazandan sonra sağlam qidalanma necə olmalıdır?
“Ramazandan sonra sağlam qidalanma mərhələli, diqqətli və balanslı şəkildə təşkil olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. O bildirib ki, çünki uzun müddət ac qalan bədən bir anda ağır və nəzarətsiz qidalanmaya keçərsə, bu zaman mədə ağrıları, şişkinlik, qəbizlik, halsızlıq və enerji düşüklüyü yaşana bilər: 1. Qidalanma rejiminə tədricən keçin Ramazandan sonra əvvəlki gündə 3-4 dəfə yemək rejiminə keçmək əvəzinə, bir neçə gün ərzində daha sadə və tədrici qidalanma seçilməlidir. Günə protein və liflə zəngin bir səhər yeməyi ilə başlamaq – məsələn, yumurta, tərəvəz,…
Daha çoxAğdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq
Aprelin 4-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin təşkil edilməsi nəzərdə tutulur. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq, Müzakirələrdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət maliyyə qurumlarının, aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır. Aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi və…
Daha çox“Azərbaycan müharibəni ədalətli şəkildə həll etməklə dünyaya nümunə göstərdi”
“Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı ölkə olduğunu dəfələrlə sübut edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. O bildirib ki, 30 illik münaqişə dövründə beynəlxalq sənədlərə istinadən həll variantlarını Ermənistana təklif etsə də, qarşı tərəf hər fürsətdən istifadə edərək həll variantlarını müzakirə etmək istəməyib: “Torpaqlarımızın azad edilməsi bütün danışıqların əsas predmeti olub, İrəvan isə xarici havadarlarının çətiri altından buna qarşı fəaliyyət göstərib. Avropanın müxtəlif şəhərlərində keçmiş vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə də oxşar nəticələr əldə edilib, beynəlxalq güclər isə Ermənistanın qanunsuz, heç bir beynəlxalq qanunlar çərçivəsinə sığmayan hərəkətlərinə…
Daha çoxMyanmada 5,0 maqnitudalı zəlzələ baş verib
Myanmada Hindistanla sərhəd yaxınlığında 5,0 maqnitudalı yeni zəlzələ baş verib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Mandalay şəhərindən 16 km cənub-şərqdə, zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib. Qeyd edək ki, martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Təkanların episentri ölkənin paytaxtı Neypyidonun şimalında yerləşən Saqayn inzibati dairəsindən təxminən 16 kilometr şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib. Zəlzələ qurbanlarının sayı 2,7 mini ötüb.
Daha çoxTətil sonrası İŞ SİNDROMU
Bu gündən etibarən bayram tətilinin bitdiyini və sürətli iş mövsümünün başladığını qəbul etmək vaxtıdır. Bəs biz bayramdan sonra işə qayıtmağa nə dərəcədə hazırıq? SİA mövzu ilə bağlı araşdırma aparıb. Məlumdur ki, tətildən sonra gündəlik rejimə, yəni “real həyata” yenidən uyğunlaşmaq düşündüyümüzdən qat-qat çətindir. Bəs, tətil sonrası iş sindromu nədir? Onun təsirləri arasında oynaq və baş ağrısı ağrıları, diqqəti cəmləməkdə çətinlik, dözümsüzlük və asan qıcıqlanma, səhər oyanmaqda çətinlik, hətta həzm problemləri və iştahsızlıq ola bilər. İşini və iş mühitini sevməyənlər ən yüksək risk qrupundadır. Tətildən qayıtdıqdan sonra işə asanlıqla uyğunlaşmaq istəyirsinizsə,…
Daha çoxBinalarda 55 mindən artıq mənzil sənədləşdirilib
Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Azərbaycanda istismarına icazə verilməyən binalarda 55 mindən artıq mənzil sənədləşdirilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib. Bundan başqa, onun sözlərinə görə, dövlət başçısının 14 iyun 2023-cü il tarixli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq qeyri-yaşayış binalarının sənədləşdirilməsi sürətləndirilib: “Fərmanın icrasına il yarımdır…
Daha çoxİlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib. SİA xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi Prezident Məsud Pezeşkianın salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi. Azərbaycana daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu dedi. Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından…
Daha çoxİlham Mirzəliyev Oğuzda vətəndaşları qəbul edəcək
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Oğuz rayonunda Oğuz və Qəbələ sakinləri üçün vətəndaş qəbulu keçirəcək. SİA quruma istinadən xəbər verir ki, qəbul aprelin 11-də saat 10:00-da Oğuz rayonu, Heydər Əliyev küçəsi 1 ünvanında baş tutacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Daha çox