ABŞ-ın yeni avtomobil tarifləri Britaniyaya da təsir edəcək

Böyük Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın aprelin 2-dən etibarən avtomobil və avtomobil hissələrinə tətbiq edəcəyi 25 faizlik yeni gömrük rüsumlarının ölkəyə təsir edəcəyini gözləyir. SİA “BBC”yə istinadla xəbər verir ki, Britaniya mallarının bu tariflərdən azad edilməsi üçün razılaşmanın vaxtında əldə olunmayacağı ehtimal edilir. Tramp, yeni tariflərin yalnız ABŞ ilə böyük ticarət balanssızlığı olan ölkələrə deyil, bütün ölkələrə şamil ediləcəyini bildirib. Baş nazirin sözçüsü bildirib ki, hökumət başçısı tariflər mövzusunda hər zaman milli maraqları qoruyacağını açıq şəkildə ifadə edib və Prezident Trampın elanından əvvəl bütün mümkün hallara qarşı hazırlıqlar görülüb:…

Daha çox

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan xalqının yaddaşına 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olmuş XX əsrin ən qanlı, amansız faciəsindən 107 il ötür. SİA xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında soyqırımı günü ilə əlaqədar silsilə materiallar – ənənəvi və virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisində 31 Mart hadisələrinin tarixinə xronoloji ardıcıllıq ilə nəzər salınır, soyqırımın acı nəticələri haqqında tarixi faktlar təqdim edilir. Kitabxana əməkdaşlarının hazırladığı sərgidə Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymətin verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına…

Daha çox

Fransada media əməkdaşları etiraz aksiyası keçirirlər

Fransada televiziya və radio sahəsində çalışan jurnalistlər 2 günlük tətilə başlayıblar. SİA “Boursorama” saytına istinadla xəbər verir ki, onlar bir neçə televiziya və radionun bir holdinqdə birləşdirilməsi layihəsinə etiraz edirlər. Mədəniyyət Nazirliyinin hazırladığı layihə Milli Assambleyanın (parlamentin aşağı palatası) aprelin 10-da keçiriləcək iclasının gündəliyinə salınıb. Televiziya işçilərinin həmkarlar təşkilatı bildirir ki, qanun layihəsi qəbul edilərsə çox ciddi nəticələr doğuracaq.

Daha çox

Azərbaycanda 12 günlük bayram tətili başa çatdı

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. SİA xəbər verir ki, ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi. Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Daha çox

Rusiyada çağırış başladı

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə yaz çağırışı ilə bağlı fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə sənəd hüquqi aktların dərci üçün rəsmi portalda yerləşdirilib. Sərəncama əsasən, kampaniya aprelin 1-dən başlayacaq və iyulun 15-dək davam edəcək. Bu proqram çərçivəsində 160 min nəfər Rusiya Silahlı Qüvvələrində xidmətə çağırılacaq. Çağırış üzrə hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi üçün də həmin sənəddən istifadə edilir.

Daha çox

Zelenski Starmerlə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədəki səhifəsində bildirib. Kir ABŞ Prezidenti Donald Tramp ilə söhbətinin təfərrüatlarını bölüşüb. Onlar liderlərin Parisdə keçirilən son görüşünün nəticələrini və Rusiya lideri Vladimir Putinə təzyiqin davam etdirilməsinin vacibliyini müzakirə ediblər. “Biz növbəti addımlarımızı əlaqələndirdik və bu həftənin sonunda Ukraynada keçiriləcək görüşə hazırlığı müzakirə etdik”, – Zelenski qeyd edib. Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya baş nazirinin ofisi Starmer və Tramp arasında telefon danışığı barədə məlumat yayıb.

Daha çox