Özbəkistanın Əndican vilayətində məscidin ərazisində qazın partlaması nəticəsində binanın divarları və dam örtüyü uçub. Üç nəfər ölüb, on nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, partlayış dünən günorta saat 12-dən sonra dəstəmaz alan yerdə baş verib. Partlayış yerinə iki xilasetmə qrupu və iki yanğınsöndürmə briqadası göndərilib. Partlayışın səbəblərini öyrənmək üçün hökumət komissiyası da yaradılıb. Xatırladaq ki, bir neçə həftə əvvəl Özbəkistanın ən böyük kimya zavodunda qaz-hava qarışığı partlayışı baş vermişdi.
Daha çoxDay: April 1, 2025
Almaniya Prezidenti Administrasiyası Azərbaycan tərəfinə üzrxahlıq edib
Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib. SİA məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edir. Almaniya Federativ Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Dövlət katibi Dörte Dinger 31 mart 2025-ci il…
Daha çoxÜmumRusiya Yəhudi Konqresi Azərbaycan xalqını təbrik edib
ÜmumRusiya Yəhudi Konqresinin vitse-prezidenti, Beynəlxalq STMEGİ Fondunun prezidenti German Zaxaryayev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə, Beynəlxalq STMEGİ xeyriyyə Fondunun və Rusiyadakı Azərbaycanlı Yəhudi icması və Konqresinin adından səmimi qəlbdən təbrik edirəm. Əziz həmvətənlər! Bu müqəddəs ayda tutduğunuz oruclarınızın, səmimi hisslərlə etdiyiniz dualarınızın Allah tərəfindən qəbul edilməsini diləyirik. Arzu edirik ki, Azərbaycan xalqı daim sülh, firəvanlıq, əmin-amanlıq, bolluq və bərəkət içərisində yaşasın. Ramazan bayramı özü ilə bərabərində Azərbaycan xalqına bolluq, bərəkət, xeyir və uğur gətirsin. Bu ayın hörmətinə…
Daha çoxAzərbaycan neftinin qiyməti 78 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,24 ABŞ dolları, yaxud 2,94 % artaraq 78,29 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 77,27 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 2,27 ABŞ dolları və ya 3,06% artaraq 76,46 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…
Daha çoxƏmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 175 dolları ötüb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,79% artaraq 3 175,09 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,77% artaraq 35,083 ABŞ dollarına bərabər olub.
Daha çoxİran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir
İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycanda səfərdədir. SİA-nın əldə etdiyi məlumata görə, onun səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Daha çoxBu gün Beynəlxalq Gülüş Günüdür
İldə bir dəfə hamı özünü yalan danışmağa borclu hiss edir, ya da belə deyək, həmin gün yalan əsəbiləşdirmir və bir qayda olaraq, buna gülüb keçirik. Bu gün 1 aprel-Ümumdünya gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Bu günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. SİA bu günün tarixçəsi ilə bağlı qısa məlumatı təqdim edir: Bu günün tarixçəsi ilə bağlı ən çox yayılmış versiyanın kökü qədim Romaya çıxır. Hər şey isə qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə…
Daha çoxAzərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.
Daha çoxFransada jurnalistlər etiraz aksiyası keçirirlər
Fransada televiziya və radio sahəsində çalışan jurnalistlər 2 günlük tətilə başlayıblar. SİA xəbər verir ki, onlar bir neçə televiziya və radionun bir holdinqdə birləşdirilməsi layihəsinə etiraz edirlər. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin hazırladığı layihə Milli Assambleyanın (parlamentin aşağı palatası) aprelin 10-da keçiriləcək iclasının gündəliyinə salınıb.
Daha çoxBakıda 18 istiqamətdə sıxlıq müşahidə olunur
Bakıda 18 istiqamətdə sıxlıq müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən…
Daha çox