Rusiya və ABŞ fevralın sonunda İstanbulda keçirilən görüşə bənzər yeni ekspert görüşü hazırlayır.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
…İstanbulda görüş oldu. Hazırda ikinci görüş hazırlanır. Bu arada telefon və videokonfranslar vasitəsilə təmaslar davam edir. Biz irəliləyişlərin olduğunu görürük.
Bunu rusiyalı diplomat qeyd edib.
Eyni zamanda, Lavrov bildirib ki, danışıqlarda uğur əldə etmək, o cümlədən Qara dəniz təşəbbüsünün irəli sürülməsi üçün təkcə vədlər deyil, konkret qərarlar da lazımdır.
O əlavə edib ki, Amerika tərəfi hazırda Moskvanın irəli sürdüyü təkliflərin siyahısını nəzərdən keçirir.
Əli Babayev