Laçın səmasında göz oxşayan göy qurşağı


Laçın təbiəti bütün fəsillərdə əsrarəngiz gözəlliyi ilə diqqət çəkir. Yaz günlərində Laçın səmasını bəzəyən göy qurşağı möhtəşəm mənzərəyə səbəb olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, ötən gün qeydə alınan təbiət hadisəsi Laçın şəhərinin bir çox ərazilərindən aşkar şəkildə seyr edilib. Öncə yağıntılı hava müşahidə edilib daha sonra isə bir-birinə paralel şəkildə səmada əks olunan iki göy qurşağı həm də nəhəngliyi ilə diqqət çəkib.

Əlaqəli Xəbərlər