“Ermənistan ordusunun şərti həmsərhəd ərazidə tez-tez atəşkəsi pozaraq təxribat törədməsinin arxasında sülhlə bağlı niyyətinin olmadığı, ikinci olaraq mövcud vəziyyəti daha da gərginləşdirmək və növbəti olaraq beynəlxalq ictimaiyyəti aldadaraq daha çox siyasi dəstək, həmçinin silah-sursat almaqdan ibarətdir. Xüsusilə qeyd edək ki, bu günə qədər atıcı silahlarla məhz Azərbaycan ordusunun mövqelərini atəşə tuturdularsa, artıq biraz da irəli gedərək ötən günlərdə pilotsuz uçuş aparatları ilə Azərbaycan ordusunun mövqeləri üzərindən kəşfiyyat xarakterli təxribatçı fəaliyyətə cəhd etməsi, gələcəkdə daha ciddi təxribatlara hazırlaşdığının göstəricisidir”. Bu sözləri SİA-ya hərbi ekspert Azər Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman olduğu kimi mövcud vəziyyəti danışıqlar yolu ilə həll edilməsi, eyni zamanda sülh sazişinin əldə olunması ilə bağlı addımlar atır: “Amma çox təəssüf ki, Ermənistan tərəfi buna qarşılıq olaraq ancaq riyakarlıq və təxribatlarını müşahidə edirik. Bununla paralel Ermənistan ordusunun, əsasəndə hərbi-siyasi rəhbərliyinin son zamanlar verdiyi açıqlamalardan da biz açıq-aydın şəkildə görürük ki, Ermənistan ordusunda dırnaq arası islahatların aparılması, bununla yanaşı yeni, müasir döyüşün aparılması üçün dron bölmələri ilə bağlı fəaliyyətləri həyata keçirməsi Ermənistan tərəfinin gələcəkdə sülhə bağlı ciddi niyyətinin olmadığını göstərir. Tam əksinə olaraq Ermənistan ordusunun sürətli şəkildə silahlanmasını müşahidə edirik. Bu da o deməyə əsas verir ki, əsasəndə şərti həmsərhəddə yerləşdirdiyi terrorçu qrupların üzvü mütəmadi olaraq təxribata əl atırlar. Məhz son dönəmlərdə, əsasəndə həmsərhəd ərazilərdə yerləşən terrorçuların əllərində pilotsuz uçuş aparatlarının olması o qədər də real deyir”.