“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək


İlon Maskın “SpaceX” şirkəti ilk dəfə qütblər üzərində insan iştirakı ilə kosmik uçuş missiyasını həyata keçirəcək.

SİA-ın məlumatına görə, missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilir. 1800-cü illərin sonu və 1900-cü illərin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisinin şərəfinə adlandırılmış “Fram2” missiyası “Falcon 9” raketi vasitəsilə bu gün yerli vaxtla saat 21:46-da (Bakı vaxtilə 06:46) Floridadan kosmosa buraxılacaq. Ekipaj dörd astronavtdan ibarətdir.

Üç-beş gün ərzində onlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidə həyata keçirəcək və kosmosa uçuşların insan sağlamlığına təsiri ilə bağlı tədqiqat aparacaqlar.

Əlaqəli Xəbərlər