Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını “personae non gratae” elan edib.
SİA-nın məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyinin Teleqram kanalında bildirilib.
…Xarici İşlər Nazirliyi rusiyalı diplomata nota təqdim edib ki, orada Rusiya səfirliyinin üç əməkdaşı “personae non-qratae” elan edilib”, – deyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bundan əvvəl Dövlət Dumasının sədr müavini Boris Çernışov RT ilə söhbətində Moldovada baş verən hadisələri xalis totalitarizm adlandırmışdı.
Əli Babayev