Qızılın qiyməti rekord həddə çatıb


…Bazar ertəsi qızılın qiyməti bir unsiya üçün 3106,50 dollarla rekord həddə çatıb.

SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın tarifləri və potensial iqtisadi zərərlə bağlı narahatlıqlar, geosiyasi qeyri-sabitlik aktivə yeni investisiya dalğasına səbəb olub.

İlin əvvəlindən qızıl 18 faizdən çox bahalaşıb. Bu ayın əvvəlində qiymət ilk dəfə bir unsiya üçün 3000 dolları ötüb, ekspertlər bunu iqtisadi qeyri-sabitlik, geosiyasi gərginlik və inflyasiya ilə bağlı artan narahatlıqlarla əlaqələndirirlər. Bundan əlavə, qızılın qiymətinin artması bir sıra bankları proqnozlarını artırmağa vadar edib.

…Goldman Sachs, Bank of America və UBS bu ay qızıl qiymət hədəflərini artırıb.

Goldman, qiymətin ilin sonuna qədər əvvəlki 3100 dollar proqnozundan 3300 dollara çatacağını gözləyir.

Bank of America 2025-ci ildə unsiya üçün 3063 dollar və 2026-cı ildə 3350 dollar proqnozlaşdırır ki, bu da əvvəlki hesablamalarından müvafiq olaraq 2750 və 2625 dollardır. Tramp vəzifəyə gəldikdən sonra Amerika sənayesini qorumaq və ticarət kəsirini azaltmaq üçün yeni tariflər tətbiq etmək planlarını irəli sürüb.

Reuters xəbər verir ki, onun aprelin 2-də cavab tariflərinin yeni paketini açıqlayacağı gözlənilir.

Əli Babayev

Əlaqəli Xəbərlər