Netanyahu “Şin Bet” əks-kəşfiyyatının yeni rəhbərini təyin edib

İsrailin Baş naziri Binyamin Netanyahu Eli Şarviti “Şin Bet” daxili kəşfiyyat xidmətinin yeni rəhbəri təyin edib. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, Şarvit bundan əvvəl İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı postunu tutub. O, ölkənin iqtisadi sularında dəniz müdafiə qüvvələrinin yaradılmasını kurasiya edib və HƏMAS, “Hizbullah” və İrana qarşı əməliyyatlara rəhbərlik edib. Şarvit son 29 ildə xidmət işçisi olmadan “Şin Bet” rəhbəri təyin edilən ilk şəxs olub. Sonuncu dəfə 1996-cı ildə – Baş nazir İtshak Rabinin öldürülməsinin qarşısı alına bilinməyəndən sonra bu vəzifəyə kənardan şəxs təyin edilmişdi. Qeyd edək ki, martın…

Daha çox

EBRD Azərbaycandakı cari layihələr portfelini artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli fevralın 28-nə 1,086 milyard avro təşkil edib. SİA xəbər verir ki, bu kredit resursları hesabına 33 layihə maliyyələşdirilib. Ay ərzində portfelin həcmi 0,37 % (4 milyon avro) artıb. Müqayisə üçün, 31 yanvar 2025-ci il tarixinə o, 1,082 milyard avro dəyərində qiymətləndirilib və 34 layihəni əhatə edib. EBRD-nin məlumatına görə, cari portfelin əsas hissəsi – 92 % (994 milyon avro) dayanıqlı infrastrukturun inkişafına yönəlib. Digər 5 % (52 milyon avro) korporativ sektorun, 3 % (40 milyon avro) isə maliyyə institutlarının payına…

Daha çox

“Gürcüstanın müstəqilliyinin möhkəmləndirilməsi uğrunda mübarizə heç vaxt başa çatmayacaq”

Gürcüstanın sovetləşməsindən düz 70 il sonra bütün ölkə açıq və qəti şəkildə dövlət müstəqilliyini, suverenliyini və öz taleyini özü təyin etmək arzusunu ifadə etdi. SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili respublikada 1991-ci il 31 mart tarixində keçirilmiş müstəqillik referendumu ilə bağlı sosial şəbəkədə paylaşımında qeyd edib. O vurğulayıb ki, artıq 34 ildir ki, Gürcüstan bu yolla irəliləyir və çoxsaylı çətinliklərin öhdəsindən gəlməklə öz müstəqilliyini möhkəmləndirməyə çalışır: “Bu mübarizə hələ başa çatmayıb və heç vaxt da başa çatmayacaq,” – deyə o qeyd edib. Parlament sədri vurğulayıb…

Daha çox

Tramp Ağ Evdəki 200 illik ağacı kəsdirəcək

Ağ Evin yaxınlığında 200 il əvvəl əkilmiş maqnoliya ağacı təhlükəli vəziyyətdə olduğu üçün kəsiləcək. SİA xəbər verir ki, bu barədə qərarı ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Hər şeyin sonu olmalıdır və bu ağac dəhşətli vəziyyətdədir, təhlükəsizliyə çox ciddi təhdiddir, xüsusən də Ağ Evin girişində, onu çıxarmaq lazımdır. Bu proses gələn həftə baş verəcək və onun yerinə başqa, çox gözəl ağac əkiləcək”, – o, qərarını əsaslandırıb. Qeyd edək ki, bu ağac təxminən 200 il əvvəl ABŞ-nin yeddinci prezidenti Endryu Cekson tərəfindən əkilib. Tramp qeyd edib ki, ağac…

Daha çox

Həftəsonu axtarışda olan 106 nəfər saxlanılıb

Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

Daha çox

Neft ucuzlaşır

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti saat 09:14-ə olan məlumata görə, bir barel üçün 73,4 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki hərracların bağlanış qiymətinə nisbətən 0,23 ABŞ dolları (0,31 %) azdır. SİA xəbər verir ki, bu müqavilələrin qiyməti martın 22-də 0,4 ABŞ dolları ucuzlaşaraq 73,63 dollar/barel təşkil edib. Ümumiyyətlə, may fyuçersləri ilə hərraclar bazar ertəsi bazarın bağlanması ilə başa çatacaq. Daha aktiv ticarət edilən iyun kontraktları isə 0,26 ABŞ dolları (0,36 %) azalaraq 72,5 dollar/barel səviyyəsinə düşüb. Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron hərraclarda WTI…

Daha çox

“Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb”

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınmışdır. Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Daha çox

Tramp yenidən Ukrayna nizamlanmasında “böyük irəliləyiş” olduğunu söyləyib

Ötən həftəsonu Ukraynadakı münaqişənin həlli prosesində “böyük irəliləyiş” əldə olunub. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib. Bundan əvvəl Vaşinqton administrasiyasının rəhbəri təfərrüatları açıqlamadan Ukrayna üzrə danışıqlarda “əhəmiyyətli irəliləyiş”dən danışmışdı. “Yaxşı həftəsonu keçirdik. Çox maraqlı hadisələr baş verdi və düşünürəm ki, Ukrayna və Rusiya ilə bağlı çox irəliləyiş əldə etdik”, – o deyib. Tramp vurğulayıb ki, münaqişələr hər zaman olur, sadəcə, o və komandası onlara son qoymaqda əhəmiyyətli irəliləyiş əldə edirlər “Bu, addım-addım baş verir. Liderlər arasında böyük nifrət var, amma…

Daha çox