Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.…
Daha çoxDay: March 31, 2025
Azərbaycan Ermənistanın ərazi iddialarına son qoyulması tələbində dönməzdir
Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 31 mart- Azərbaycanlıların soyqırımı günü ilə bağlı yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanlar mövcuddur: “Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı…
Daha çoxSabahdan Abşeron dairəvi marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1aprelin 1-dən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. SİA xəbər verir ki, bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri (həftəiçi) reyslərin sayı 66-dan 92-yə çatdırılır. Yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı…
Daha çoxAzərbaycanda meyvə bağlarına aqrar sığorta ödənişləri 18 dəfə artıb
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara ödənişlər kəskin artıb. SİA xəbər verir ki, sığorta ödənişlərinin artımı özünü xüsusilə meyvə bağlarında göstərir. Belə ki, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığorta etmiş fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib. Bu, əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi. 2024-cü ildə fermerlərin aqrar sığorta barədə məlumatının daha da yüksəlməsi, sığortalanan meyvə bağlarının sahəsinin genişlənməsi…
Daha çoxAzərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsman bəyanat yayıb
Azərbaycanlıların Soyqırımı Günü – 31mart ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatda bir əsrdən artıq müddətdə azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olan azərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarən Azərbaycanda və indiki Ermənistan ərazisində sistematik şəkildə və xüsusi amansızlıqla soyqırımı cinayətləri törədilmişdir. 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı aktları tariximizin ən qanlı səhifələrindən biri, o cümlədən etnik və dini nifrət zəminində kütləvi şəkildə törədilmiş qırğınlar…
Daha çoxBritaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır
Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini müzakirə etməyə hazırdır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib. “İndi qarşıdakı illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirməyin vaxtıdır”, – o deyib. Nazir xatırladıb ki, Britaniya artıq Aİ-nin üzvü deyil. “Biz hərbi potensialın koordinasiyasını artırmaq, o cümlədən müdafiəyə özəl investisiyaları stimullaşdırmaq üçün avropalı tərəfdaşlar və NATO ilə işləyirik”, – Lemmi vurğulayıb. “Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparmağa hazırıq”, – XİN rəhbəri bildirib. Onun sözlərinə görə,…
Daha çoxNiderlandda Azərbaycan icmasının üzvləri Ramazan bayramını qeyd ediblər
Haaqada “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Ramazan bayramı qeyd edilib. SİA xəbər verir ki, bayram tədbirində Azərbaycanın Niderland Krallığındakı səfirliyinin diplomatları, Niderlandda, Almaniyada və Belçikada yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva assosiasiyanın fəaliyyəti haqqında məlumat verib və iştirakçıları bayram münasibəti ilə təbrik edib. Azərbaycanın Niderland Krallığındakı səfiri Məmməd Əhmədzadə Ramazan bayramı münasibətilə Azərbaycan icmasının üzvlərini təbrik edib və…
Daha çoxSoyqırımının beynəlxalq səviyyədə tanınması cinayətlərin təkrarlanmaması üçün vacibdir
Tarix boyu etnik zəmində azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Azərbaycanlıların Soyqırımı Günü – 31mart ilə əlaqədar Bəyanatında deyilir. Qeyd olunub ki, Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq səviyyədə tanınması və soyqırımı qurbanlarının xatirəsinin geniş şəkildə anılması bəşəriyyət əleyhinə törədilmiş bu kimi cinayətlərin bir daha təkrarlanmaması və qarşısının alınması baxımından olduqca vacibdir: “Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməli,…
Daha çoxBayram ilə əlaqədar əfv qərarı qüvvəyə mindi
Mərakeş kralı bayram münasibətilə 1533 məhbusu əfv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mərakeş kralı VI Məhəmməd Ramazan bayramı münasibətilə 1533 məhbus, o cümlədən terrorizm və ekstremizm cinayətlərində təqsirli bilinən 31 nəfər üçün amnistiya olunmasını elan edib. Mərakeş Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada, “Kral VI Məhəmməd bayram münasibətilə 1533 məhbusun əfv edilməsinə qərar verib”. deyildi. Açıqlamada terror və ekstremizm cinayətlərində təqsirli bilinən 31 nəfərin də amnistiyadan yararlandığı vurğulanıb. Mərakeşdə kral konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq milli və ya dini günlərdə müxtəlif cinayətlərə görə məhkum olunmuş məhbuslara amnistiya verə…
Daha çoxCeyhun Bayramov Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “31 Mart Azərbaycanın Soyqırımı Günündə biz 107 il əvvəl radikal erməni qrupları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş on minlərlə günahsız azərbaycanlının xatirəsini yad edirik. Ermənistan tərəfindən günahsız azərbaycanlılara qarşı dəfələrlə belə dəhşətli əməllərin törədilməsi – kütləvi deportasiyalardan etnik təmizləməyə, soyqırımdan hərbi cinayətlərə qədər – bu vəhşiliklərə görə məsuliyyət daşıyanların cəzasız qalmasına son qoyulmasının vacibliyini vurğulayırıq”.
Daha çox