Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər. SİA xəbər verir ki, Özbəkistan KİV-ə istinadən xəbər verir ki, mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub. Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin tam hazır olması barədə məlumat veriblər. Qeyd olunur ki, bu abidə qardaş ölkələr arasında möhkəmlənən dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin mühüm rəmzinə çevriləcək.

Daha çox

Apreldə havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacaq

Respublika ərazisi üçün aprel ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, aprel ayı ilin soyuq dövrünün sonu, isti dövrünün başlandığı ay kimi xarakterizə olunur. Buna görə də aprel ayında ölkə ərazisində dəyişkən hava şəraiti müşahidə olunur. Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Aprel ayının ilk günlərində ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və qərb rayonlarında…

Daha çox

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı…

Daha çox

Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır

Moskva və Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı bəzi ideyaların həyata keçirilməsi üzərində işləyirlər, lakin hələlik konkretlik yoxdur. SİA Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Biz Ukrayna nizamlanması ilə bağlı bəzi ideyaların həyata keçirilməsi üzərində işləyirik. İş gedir, hələlik sizə məlumat verə biləcəyimiz və verməli olduğumuz heç bir informasiya, konkretlik yoxdur. Bu, zamanlara ayrılan, maddənin mürəkkəbliyi ilə bağlı olan bir prosesdir”, – o, brifinqdə deyib. Peskov həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla təmaslara tamamilə açıq olaraq…

Daha çox

Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb

Aprelin 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.…

Daha çox

Myanmada bir həftəlik milli matəm elan edilib

Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib. SİA TASS-a istinadən xəbər verir ki, son məlumatlara əsasən, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir. Xatırladaq, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Yeraltı təkanların episentri ölkənin paytaxtı Naypyidodan şimalda yerləşən Saqayn dairəsindən təxminən 16 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanlar…

Daha çox

Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci il qurbanlarını anıb

Türkiyənin Milli Müdafiə Nazirliyi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının qurbanlarının xatirəsini ehtiramla yad edib. SİA xəbər verir ki, qurum müvafiq paylaşımı “X” sosial şəbəkəsindəki səhifəsində edib. “107 il əvvəl azərbaycanlı qardaşlarımız erməni quldur dəstələri tərəfindən amansız soyqırımına məruz qalıb. Onların xatirəsini dərin ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının kədərini səmimi qəlbdən bölüşürük”, – paylaşımda deyilir.

Daha çox

Ukrayna və Niderland müdafiə satınalmaları sahəsində əməkdaşlığı genişləndirəcək

Ukraynanın müdafiə naziri Rustem Umerov və Niderlandın müdafiə naziri Ruben Brekelmans martın 31-də Kiyevdə keçirilən görüş zamanı müdafiə satınalmaları sahəsində əməkdaşlığın effektivliyini artırmaq barədə razılığa gəliblər. SİA “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, R.Umerov Niderlandın əlavə 5 milyard avro ayırdığını, bunun da mühüm hissəsinin artıq 2025-ci ildə təhlükəsizlik sahəsində Ukraynanın dəstəklənməsinə yönəldiləcəyini bildirib. “Danışıqların əsas mövzuları arasında havada və dənizda təhlükəsizliyin gücləndirilməsi də var. Niderlandın verdiyi “F-16”lar artıq Ukraynanın səmasını qoruyur, biz isə Hava Qüvvələrinin imkanlarını genişləndirməyə davam edirik. Müdafiə sənayesi sektorunda əməkdaşlığa ayrıca diqqət yetirdik. Niderland “Drone Line” layihəsini dəstəkləyir…

Daha çox