Asiya İnkişaf Bankı (ADB) “Asiya və Sakit Okean hövzəsində şəhərlər üçün daha ekoloji, dayanıqlı və inklüziv yanaşmaların tətbiqi” layihəsinin reallaşdırılması üçün 2,1 milyon ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib. SİA banka istinadən xəbər verir ki, layihə Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca, Monqolustan, Nepal, Filippin, Marşal adaları, Solomon adaları və Özbəkistanı əhatə edir. Layihənin maliyyələşdirilməsi Şəhər Maliyyələşdirmə Partnyorluğu Mexanizmi çərçivəsində Şəhər Dayanıqlılığı üzrə Məqsədli Fond (1 milyon ABŞ dolları), Su İnovasiyaları üzrə Məqsədli Fond (500 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondunun (600 min ABŞ dolları) vəsaitləri hesabına həyata keçiriləcək. Layihənin məqsədi…
Daha çoxDay: March 31, 2025
XX əsrin ən qanlı hadisələrindən biri
1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşdi. Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. SİA xəbər verir ki, qonşu xalqların torpaqlarını zəbt edərək “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də…
Daha çoxİlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib – FOTO
İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib – FOTO
Daha çoxRusiyada vətəndaşlıq almış şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq
2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqqəti yaşamaq icazəsi aldığı tarixdən bir il keçmiş vətəndaşların xarici sürücülük vəsiqələri ölkə ərazisində etibarsız sayılacaq. SİA xəbər verir ki, Rusiyada sürücü etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu 15 min rubla qədər cərimə gözləyir və vəsiqəsi bərpa olunana qədər sürücülük hüququndan məhrum edilir.
Daha çoxXİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. SİA xəbər verir ki, XİN-dən verilən xəbərə görə, bəyanatda deyilir: “Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı,…
Daha çoxABŞ və Britaniya 2024-cü ildə Krım körpüsünə zərbə endirmək planı hazırlayıb
ABŞ, Böyük Britaniya və Ukrayna gizli şəkildə 2024-cü ilin yayında Krım körpüsünə zərbə endirmək üçün əməliyyat planlaşdırıblar. SİA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Krım körpüsünə hücum ATACMS raketləri və yerüstü pilotsuz təyyarələri ilə eyni vaxtda həyata keçirilməli idi. Qəzet yazır ki, Rusiya su keçidində zərbəyə hazırlaşarkən körpünün dayaqlarının mühafizəsini gücləndirib və bu şəraitdə Kiyev hakimiyyəti yalnız raketlərlə zərbə endirməkdə israr etməyə başlayıb. Bu isə ABŞ nümayəndələrinin müqaviməti ilə üzləşib, onlar bu cür taktikaların səmərəsizliyinə işarə edərək bir müddət…
Daha çoxTramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edə bilər
ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat verib. Bildirilib ki, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq. Mənbənin sözlərinə görə, səfərin Rusiya və Ukrayna arasında atəşkəs əldə edildikdən sonra baş tutması nəzərdə tutulur.
Daha çoxMartın son günü hava belə olacaq
Martın 31-də gözlənilən hava şəraiti Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu gecə 8-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı…
Daha çoxABŞ-da Respublikaçılar Partiyasının ofisi yandırıldı
Nyu-Meksikoda Respublikaçılar Partiyasının ofisi yandırılıb. SİA xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb. Respublikaçılar Partiyasının “qəsdən yandırma aktı” adlandırdığı hadisə Albukerke şəhərində baş verib. Partiya ofisinin girişi dağıdılıb, binanın divarına ABŞ immiqrasiya xidmətinin fəaliyyətini pisləyən yazı yazılıb . Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, Federal Tədqiqatlar Bürosu (FTB) istintaqa qoşulub.
Daha çoxNATO ölkələri genişmiqyaslı hava qüvvələri təlimlərinə başlayır
NATO-ya üzv ölkələr bazar ertəsi genişmiqyaslı hərbi hava qüvvələrinin “Ramstein Flag 2025” təlimlərinə başlayır. SİA xəbər verir ki, aprelin 11-dək davam edəcək təlimlərdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə iştirak edəcək. Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq. Əməliyyatlar Niderlanddakı Leuvarden Hava Bazasından idarə olunacaq. ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığına görə, təlim döyüş qabiliyyətini, inteqrasiya olunmuş hava və raketdən müdafiəni hazırlamaq və nümayiş etdirmək üçün nəzərdə tutulub. Manevrlər, xüsusən, NATO qüvvələrinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə əsasən yerləşdirildiyi halda, dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə…
Daha çox