Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyinin məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 3400-ə yaxın insan yaralanıb, daha 300 nəfər itkin düşüb. Tailand Meteorologiya İdarəsi cümə günündən bəri Myanmada baş verən zəlzələdən sonra 168 afterşok qeydə aldığını bildirib. Yeraltı təkanların maqnitudası 1,0-7,0, əksəriyyəti 5,0-dan az olub. Martın 28-də Myanmada 7,7 bal gücündə güclü zəlzələ baş verib . Yeraltı təkanlar Tailand və Çində də hiss olunub.