Ağdam rayonunda əkin sahələri fasiləsiz olaraq suvarılır


Ağdam rayonunda mexaniki üsulla aparılan suvarmanın yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Hər il əkin sahələrinin vaxtında və normalara uyğun olaraq suvarılması nəticəsində məhsuldarlıq artıb. Bu barədə SİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Məlumata görə, Agentliyin tabeliyində olan Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ötən il olduğu kimi 2025-ci ildə də meliorativ tədbirlərini uğurla davam etdirir. Bunun üçün idarənin balansında olan 1136 subartezian quyusu, 8 nasos stansiya, 4 su yığıcı göl, 11 kəhriz, 365 km suvarma kanalları, kanallar üzərində isə 323 ədəd hidrotexniki qurğu mövcuddur. Bundan başqa idarə tərəfindən sel və daşqınlara qarşı da təxirəsalınmaz işlər görülür ki, bu da yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qoruyur. Ağdam rayonunda istifadə edilən sular mexaniki üsulla çıxarılır. 2025-ci ilin əvvəlindən indiyədək 22 milyon 575 min kubmetr su çıxarılıb və 14561 hektar sahə orta hesabla 0.5 dəfə suvarılıb.

Əlaqəli Xəbərlər