Yaponiya ABŞ-yə SM-6 raketlərinin birgə istehsalını təklif edib


Yaponiya ABŞ-yə SM-6 idarə olunan zenit raketlərinin birgə istehsalı imkanlarını nəzərdən keçirməyi təklif edib. SİA-nın məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Gen Nakatani Tokioda amerikalı həmkarı (Pentaqon rəhbəri) Pit Heqsətlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz AMRAAM raketlərinin birgə istehsalının mümkünlüyü ilə bağlı məsləhətləşmələri intensivləşdirməyə razılaşdıq. Mən həmçinin SM-6 raketlərinin birgə istehsalı imkanlarının nəzərdən keçirilməsini təklif etdim”, – Nakatani bildirib. O, iki ölkənin müdafiə sektorları arasında, xüsusən də raket istehsalı sahəsində əməkdaşlığın son dərəcə vacib olduğuna əminliyini ifadə edib.

Qeyd edək ki, bu, Heqsetin Pentaqona rəhbər təyin edilməsindən sonra iki ölkənin müdafiə nazirləri arasında ilk üzbəüz danışıqlar idi.

Əlaqəli Xəbərlər