…Rusiyalıların yarıdan çoxu paytaxt universitetlərinə regionlardan olan abituriyentlərin qəbulunun azaldılmasının əleyhinədir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu məlumatı Mail.ru xidmətinin analitikləri paylaşıblar.
Mütəxəssislər Rusiya sakinlərinin regionlardan olan abituriyentlərin ölkənin əsas şəhərlərindəki universitetlərə qəbulunun məhdudlaşdırılması ideyasına münasibətini öyrəndikləri araşdırma aparıblar.
Ümumilikdə sorğuda 50 mindən çox insan iştirak edib. Respondentlərin əksəriyyəti (67 faiz) əmindir ki, Moskva, Sankt-Peterburq və Kazan universitetlərinə qəbulun yalnız yerli sakinlər üçün olması regionlardan olan abituriyentlərin imkanlarını məhdudlaşdırır və bu, ayrı-seçkilik kimi qiymətləndirilə bilər.
…Digər 21 faiz hesab edir ki, şəhərdən kənarda aşağı bal toplayanlar üçün məhdudiyyətlər tətbiq oluna bilər, lakin eyni zamanda yüksək nəticə göstərən abituriyentlər üçün də qəbul imkanlarını tərk etmək lazımdır.
Yeddi faiz yerli sakinlərə qəbulda üstünlük verilməsi ideyasından müsbət danışıb.
Respondentlərin 60 faizi bildirib ki, şəhərdənkənar abituriyentlərin Moskva universitetlərinə qəbulunun məhdudlaşdırılmasının əsas nəticəsi regionlardan olan abituriyentlər üçün ali təhsilin çətinləşməsidir.
…Xatırladaq ki, martın 12-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Moskva, Sankt-Peterburq və Kazan universitetlərinə abituriyentlərin qəbulunun azaldılmasını təklif edib.
O hesab edir ki, bu cür universitetlər “ölkənin hər yerindən” tələbələri qəbul edir və “lazım olmayan peşələr üzrə mütəxəssisləri çıxarır”.
Onu da qeyd edək ki, martın 1-dən Rusiya ali məktəblərinə qəbulun yeni qaydaları qüvvəyə minib, bütün istiqamətlər və ixtisaslar üzrə qəbul üçün nəzərdə tutulan fənlərin siyahısı da yenilənib. İndi sənədlərin qəbulu üçün son tarixlər standartlaşdırılıb – başlama tarixi iyunun 20-dir.
Bakalavr, mütəxəssis və magistratura pillələri üzrə büdcə yerlərinə qəbulun son tarixi sentyabrın 1-i, müqavilə və əlavə qəbul üçün isə oktyabrın 1-i olacaq.
Nazlı Almuradova