ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Somalidə İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirib. SİA-nın xəbərinə görə, bu barədə AFRICOM-un saytında məlumat yerləşdirilib. Əməliyyat martın 29-da Somali hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirilib. Hədəf Bosasodan cənub-şərqdə, Puntland bölgəsində yerləşən İŞİD mövqeləri olub.
Daha çoxDay: March 30, 2025
ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan xalqını təbrik edib
ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, bununla bağlı səfirliyin “X”dəki hesabında paylaşım edilib. “Amerika Birləşmiş Ştatları adından Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu mübarək ayın sonunda sizə və sevdiklərinizə sülh, sevinc və firavanlıq arzulayıram. Ramazan bayramınız mübarək!”, – paylaşımda qeyd edilir.
Daha çoxSəudiyyə Ərəbistanının Baş naziri İlham Əliyevi təbrik edib
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezident İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq. Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin. Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk”.
Daha çoxÜST işçi heyətini azaltmaq niyyətindədir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) işinin miqyasını və əməkdaşlarının sayını, o cümlədən yüksək rəhbərlik səviyyəsində azaltmağı düşünür. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, belə tədbirlər ən böyük sponsor olan ABŞ-nin təşkilatdan çıxması fonunda maliyyələşdirmə problemləri səbəbindən nəzərdən keçirilir. ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesusun bəyanatında bildirilib ki, Vaşinqtonun qərarı digər ölkələrin müdafiə xərclərini artırmaq üçün yardımı azaltması ilə birlikdə vəziyyəti əhəmiyyətli dərəcədə kəskinləşdirib. Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp ABŞ-nin ÜST-dən çıxması haqqında fərman imzalayıb. Amerika liderinin administrasiyası onun qərarını “COVID-19 pandemiyasına yanlış münasibət”,…
Daha çoxNaxçıvanda bayram namazı qılınıb
Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb. SİA xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub. Həmçinin bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb. Namazdan sonra dualar oxunub. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Daha çoxABŞ-da təyyarə yaşayış binasına düşüb
ABŞ-da kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə NBC məlumat yayıb. Minnesota ştatında qeydə alınan hadisədə təyyarə binaya çırpılıb və böyük yanğına səbəb olub. İlkin məlumatlara görə, göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvləri ölüb. Evdə olan insanlar xəsarət almayıb. Qəzanın səbəbləri araşdırılır.
Daha çoxAzərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb
Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb. SİA xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər.
Daha çoxABŞ İŞİD-in mövqelərinə zərbələr endirdi
ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) qoşunları martın 29-da “İslam Dövləti”nin (İŞİD) Somalidəki mövqelərinə hava zərbələri endirib. SİA xəbər verir ki, bu barədə AFRICOM-un rəsmi saytında məlumat verilib. Əməliyyat Somali hökuməti ilə razılaşdırılıb. Əsas hədəf Puntland bölgəsindəki Boosaso şəhərinin cənub-şərqindəki İŞİD obyektləri olub. AFRICOM yaraqlıların ABŞ hərbçiləri üçün təhlükə yaratdığını bildirib. Missiyanın təfərrüatları, o cümlədən istifadə edilən silahların növü və məhvetmənin miqyası açıqlanmayıb.
Daha çoxXarkovda hərbi xəstəxana vuruldu
Ötən gün rus işğalçı qüvvələri Xarkovda hərbi xəstəxana binasına hücum edib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. İlkin məlumata görə, tibb məntəqəsində müalicə alan hərbi qulluqçular arasında itkilər var. Hücumun “Şahid” PUA-sı ilə edildiyi bildirilib.
Daha çoxBu gün 26 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu…
Daha çox