Almaniyanın Şimal dənizindəki eyniadlı adada yerləşən Vanqerooqe şəhərində bələdiyyə sədri vəzifəsinə namizədlər qəzetdəki vakansiya vasitəsilə axtarılır.
SİA-nın məlumatına görə, bu barədə “Spiegel” yazır. Xristian Demokrat İttifaqı, Sosial Demokrat Partiyası və Yaşıllar Partiyası birlikdə Vanqerooqə bələdiyyə sədri tapmaq üçün reklam yerləşdirmək barədə razılığa gəliblər.
Şənbə günü yerli qəzetdə dərc olunan və yaxın günlərdə digər KİV-lərə də paylanacaq elanda deyilir: “Bizimlə siz gələcəyi məsul vəzifədə formalaşdıra bilərsiniz”.
Vakansiya həmçinin Vanqerooqe-nin gələcək rəhbəri üçün xüsusi tələbləri ehtiva edir: adada yaşamaq istəyi, ali təhsil, üstünlük verilən təcrübə, həmçinin Aşağı Saksoniya əyalətinin konstitusiyasında müəyyən edilmiş yaş məhdudiyyətləri.
Üç tərəf elanda Vanqerooqe-nin ixtisaslı işçi çatışmazlığından əziyyət çəkdiyini və inzibati vəzifələr üçün işçi tapmağı “demək olar ki, qeyri-mümkün” etdiyini izah edir.
…“Spiegel” qeyd edir ki, adada artıq reklamlar vasitəsilə işçi tapmaqda müsbət təcrübə var idi. Yeddi il əvvəl indiki mer Marsel Fanqor sələfinin gözlənilməz ölümündən sonra da belə tapılmışdı.
Bu yaxınlarda alman mediası şəhərin internetdə yerləşdirdiyi mayak gözətçisi vakansiyasına görə yenidən Vanqerooqe haqqında yazmağa başlayıb.
Vanqerooqe mer seçkilərinin tarixi avqustun 17-nə təyin edilib. Maraqlanan namizədlər iyunun 14-dək müraciət edə bilərlər.
Əli Babayev