Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 76,05 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,04 ABŞ dolları və ya 0,05% azalaraq 74,19 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də…

Daha çox

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak ediblər. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib. Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb:…

Daha çox

HƏMAS İd əl-Fitr bayramında atəşkəs üçün bir neçə girovu azad edəcək

HƏMAS Qəzza zolağında İd əl-Fitr bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. Mənbələrin məlumatına görə, HƏMAS İd əl-Fitr bayramı zamanı atəşkəs müqabilində bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi azad etməyə hazırdır. Bildirilib ki, fələstinlilərin Qəzzada HƏMAS-ın idarəçiliyinə qarşı keçirdikləri etirazları yatırmaq üçün radikallara bir neçə günlük atəşkəs lazımdır. Xatırladaq ki, Ramazan ayında ərəb ölkələrində orucluq pəhrizi bitdikdən sonra İd əl-Fitr bayramını qeyd edirlər.

Daha çox

Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər. Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların…

Daha çox

Ukrayna daha 400 milyon dollar alacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna ilə sazişləri təsdiqləyib və bu sazişlərə əsasən, Kiyev 2023-cü ilin martında təsdiq edilmiş Genişləndirilmiş Fond Proqramı (EFF) çərçivəsində daha 400 milyon dollar məbləğində tranş alacaq. SİA xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında deyilir.

Daha çox

Fransanın dövlət borcu rekord səviyyədədir

Fransanın dövlət borcu 3,305,3 milyard avroya çatıb, büdcə kəsiri 2024-cü ildə ÜDM-in 5,8%-ni təşkil edib. SİA xəbər verir ki, bu haqda Statistika və iqtisadi tədqiqatlar Milli İnstitutu (İNSEE) məlumat yayıb. İNSEE bildirib ki, 2024-cü ildə büdcə kəsirinin ÜDM-in 5,8 %-ni təşkil etməsi Avropanın tələbi olan 3%-dən çox yüksəkdir. Dövlət borcu isə 3 305,3 milyard avroya və ya ÜDM-in 113%-nə yüksəlib. Baş nazir Fransua Bayrunun əsas milli düşmən kimi təsvir etdiyi dövlət borcunun yaxın illərdə, əlavə xərclər tələb edən yenidən silahlanma ilə artacağı proqnozlaşdırılır. Dövlət borcu 2023-cü ilin sonundakı 109,8%-dən (və…

Daha çox

Türkiyə ilə Suriya arasında prioritet məsələ quru yollarının yaxşılaşdırılmasıdır

Türkiyə ilə Suriya arasında quru, dəmir, hava yolları, eləcə də dənizçilik və kommunikasiya sahələrinin bərpası ilə bağlı danışıqlar aparılır. Suriyada quru yolları istənilən standartlarda olmasa da, işlək bir sistem var. Dəmir yolu xəttinin isə təxminən 50 kilometrlik hissəsi tamamilə dağıdılıb. Bu yolun bərpası mümkün olduğu təqdirdə Türkiyədən Dəməşqə qədər dəmiryolu əlaqəsi olacaq. Bütün bu fəaliyyətlər müəyyən bir plan çərçivəsində həyata keçiriləcək, lakin quru yollarının yaxşılaşdırılması prioritet məsələdir. SİA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur nazir Abdulkadir Uraloğlu açıqlayıb. Dəməşq aeroportunun Türkiyənin texniki dəstəyi ilə yenidən fəaliyyətə başladığını…

Daha çox

Türkiyədə isveçli jurnalist saxlanıldı

Türkiyədə isveçli jurnalist Kaj Joakim Medin həbs olunub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, onun 2023-cü ildə Stokholmda Türkiyə Prezidentinə qarşı təşkil olunan etiraz aksiyasında iştirak etdiyi müəyyən olunub. Dünən ölkəyə daxil olduğu anlaşılan Medin İstanbulda saxlanılıb. Jurnalist “prezidenti təhqir etmək” və “silahlı terror təşkilatına üzv olmaq” ittihamları ilə üzləşib. Onun İsveçin “Ete” qəzetinin müxbiri olduğu bildirilir.

Daha çox