Myanmada 7,7 və 6,4 bal gücündə iki zəlzələdə ölənlərin sayı mini keçib! SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Myanmada baş verən 7,7 və 6,4 bal gücündə zəlzələlərdə ölənlərin sayı 1002-yə, yaralıların sayı isə 2 min 376-ya çatıb. Digər tərəfdən, zəlzələnin güclü hiss olunduğu Tailandın paytaxtı Banqkokda uçan hündürmərtəbəli binanın tikintisi zamanı 6 nəfərin öldüyü, 22 nəfərin yaralandığı bildirilib. Episentri Myanmanın mərkəzi hissəsindəki Saqainq bölgəsində olan zəlzələlərdə həyatını itirənlərin sayının 1000-ə çatdığı halda, itkilərin daha da artacağından ehtiyat edilir.
Daha çoxDay: March 29, 2025
“Rutube” qumar oyunlarının reklamına görə Türkiyədə bloklanıb
Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) ölkədə Rusiya videohostinqi “Rutube”un bloklandığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, “Rutube” saytı Türkiyədə açılmır. Saytı açmağa cəhd edərkən bloklanma haqqında məlumat meydana çıxır. Qeyd edilib ki, “Rutube.ru” saytına giriş BTK-nın 2025-ci il 25 fevral tarixli qərarı ilə bloklanıb. Bundan əlavə, sayt əvəzinə istifadəçilərə “qeyri-qanuni qumar oyunlarının terrorizmin maliyyələşdirilməsi üçün istifadə edilə biləcəyi” xəbərdarlığı ilə Türkiyə cinayət məcəlləsindən çıxarışlar göstərilir.
Daha çoxBazar günü 26 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi…
Daha çoxPrezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib – FOTOLAR
Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib – FOTOLAR
Daha çoxBDYPİ səfərdən qayıdan yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib. SİA xəbər verir ki, müraciətdə qeyd olunub ki, bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur. BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edərək bildirir ki, təhlükəsizlik qaydalarına əməl etməli, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməməli, sərnişinlər isə belə hallara qarşı biganə qalmamalıdır: “Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və…
Daha çoxPrezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli Şəfiqə xanım! Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət…
Daha çoxÖtən gün 42 kq-a yaxın narkotik vasitə aşkarlanıb
Polis əməkdaşları ötən gün ümumi çəkisi 41,2 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 35,6 kiloqrama yaxın marixuana, 1 kiloqramdan artıq metamfetamin olub.
Daha çoxXalq artisti Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib
Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata layiq görülüb. Qeyd edək ki, sabah Xalq artistinin 80 yaşı tamam olur.
Daha çoxÖtən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Martın 28-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Daha çoxDünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,4 dollar azalaraq 73,63 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,56 dollar azalaraq 69,36 dollar təşkil edib.
Daha çox