Cümə günü, martın 28-nə olan məlumata görə, Türkiyə məhsullarının gündəlik ixrac həcmi 2 milyard 65 milyon dollar təşkil edib ki, bu da Cümhuriyyətin bütün tarixində ikinci rekord göstəricidir. SİA xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat sosial şəbəkələrdə yazıb. Ticarət naziri vurğulayıb ki, ölkədə mal və xidmətlərin ixracında artım tendensiyası davam edir. O əlavə edib: “Beynəlxalq münasibətlərdə artan proteksionizm tendensiyası fonunda mal və xidmətlərin ixracı Türkiyə iqtisadiyyatının və böyüməsinin hərəkətverici qüvvəsi olaraq qalır”. Bolat xatırladıb ki, son 22 ildə Türkiyə ixracatının həcmi 7,5 dəfə artaraq 377 milyard…
Daha çoxDay: March 29, 2025
Cənubi Koreyada yanğınlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb
Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi xəbər verir. Hökumət orqanlarının məlumatına görə, hadisə nəticəsində 43 nəfər yaralanıb. Qeyd olunub ki, daha əvvəl təxliyə edilmiş 6 885 nəfər hələ də evlərinə qayıtmayıb. Meşə yanğınlarından zərər çəkənlərə yardım göstərmək üçün xeyriyyə təşkilatları vasitəsilə təxminən 55,4 milyard von ($37,7 milyon) ianə toplanıb.
Daha çoxAzərbaycan Özbəkistanda keçirilən “Novruz sədaları” festivalında ilk dəfə təmsil olunub
Özbəkistanın paytaxtı Daşkənddə “Novruz sədaları” beynəlxalq musiqi festivalı keçirilib. SİA xəbər verir ki, Azərbaycan ilk dəfə olaraq həmin festivalda təmsil olunub. Ölkəmizi təmsil edən 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri uğurlu çıxışları ilə yadda qalıblar. Azərbaycan Milli Konservatoriyasının dissertantı və həmin musiqi məktəbinin müəllimi Nəsibə Cəfərovanın yaratdığı orkestr Ufori Nasrullahinin “Özbək xalq kuyi”, Üzeyir Hacıbəylinin “Cəngi”, Səid Rüstəmovun “Qaytağı” əsərlərini səsləndirib. Təmsilçilərimizin çıxışını bəyənən münsiflər heyəti festivalın Qala konsertində həmin əsərlərin yenidən ifa olunmasını xahiş edib. Beynəlxalq festivalın sonunda çıxışçılar müxtəlif nominasiyalar üzrə təltif olunublar. Qeyd edək ki, festivalda türk…
Daha çoxMisirdə naməlum fironun böyük qəbri aşkar edilib
Arxeoloqlar Misir tarixinin xaotik dövrünə, təxminən 3600 il əvvələ aid Abidos şəhəri yaxınlığında naməlum qədim Misir fironun əhəng daşından ibarət böyük dəfn kamerasını aşkar ediblər. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, Anubis dağının qədim nekropolunda yerin yeddi metr dərinliyində olan məzarın tapılması ABŞ-ın Pensilvaniya Universiteti Muzeyi və Misir arxeoloqları tərəfindən açıqlanıb. Bu, qədim Misir fironunun məzarının bu il elan edilmiş ikinci tapıntısıdır. Nil çayından təxminən 10 kilometr aralıda yerləşən qədim Misirin mühüm şəhəri olan Abidosda yanvar ayında aşkar edilən dəfn kamerası boş olub, yəqin ki, bu qəbir quldurlar tərəfindən…
Daha çox“Həmin dövrdə 50 minə yaxın azərbaycanlı şəhid olub”
“Ermənilərin 1905-1907-ci il hadisələri ilə 1919-cu ilin mart ayının sonunda Bakıda, Şamaxıda, Gəncədə, Qubada törətdikləri soyqırımların, xüsusən Qarabağ ərazisində, ən çox da Bakı, Şamaxı, Quba istiqamətində törətdikləri soyqırımların miqyası çox böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, bütünlükdə həmin dövrdə 50 minə yaxın azərbaycanlı şəhid olub: “Bu fəaliyyəti etməklə ermənilər azərbaycanlıları bütünlüklə bölgədən köçürməklə, Stepan Şaumyanın rəhbərliyi ilə erməni dövləti qurmağa çalışırdılar. O qətliamın qarşısı 1918-ci ilin mayın 28-də Xalq Cümhuriyyəti elan edildikdən sonra may ayında…
Daha çoxBakıda kolonializmlə mübarizəyə həsr edilən sərgi təşkil olunub
Bakıda kolonializmlə mübarizəyə həsr olunan sərgi təşkil edilib. SİA xəbər verir ki, sərgi Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtda keçirilən “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub. Sərgidə müstəmləkəçiliyin tarixi, bundan əziyyət çəkən ərazilərdəki problemlər, həmin xalqların mübarizəsi və bununla əlaqədar qarşılaşdıqları çətinliklər əks olunub. Bundan başqa, sərgidə kolonializmlə mübarizə zamanı həbsə məruz qalan siyasi məhbusların fotoları nümayiş etdirilib.
Daha çoxAzərbaycan Dünya Bankının PEMPAL proqramının plenar iclasında təmsil olunub
Azərbaycanın Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL proqramının plenar iclasında iştirak edib. SİA nazirliyə istinadən xəbər verir ki, martın 25-28-də Avstriyanın paytaxtı Vyanada Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclası keçirilib. Üzv ölkələrin maliyyə nazirlərinin, dövlət xəzinədarlığının rəhbərlərinin, Avropa Komissiyası və Dünya Bankının yüksək səviyyəli rəsmilərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə N.Qasımzadə “PEMPAL ölkələrində xəzinədarlıq funksiyalarının rəqəmsallaşdırılması və genişləndirilməsi” mövzusunda təqdimatla çıxış…
Daha çox“Qarabağ və Şərqi Zəngəzurda nümunəvi şəhərsalma təcrübəsi reallaşır”
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib. O bildirib ki, son 5 ildə Ağdamın da siması dəyişir: “Burada şəhər və kəndlər müasir standartlara uyğun şəkildə bərpa olunur. Prezident İlham Əliyevin Sarıcalı kəndinə səfəri zamanı biz növbəti inkişafın şahidi olduq. 2022-ci ildə təməli qoyulan Sarıcalı kəndi artıq doğma sakinlərini qarşılayıb. Kənd ümumilikdə 425 ailə üçün planlaşdırılıb. Dövlət başçımız ilkin mərhələdə öz doğma yurduna qayıdan sakinlərə mənzilləri açarlarını təqdim etdi. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər…
Daha çoxAzərbaycan hava limanları yay-yaz uçuş cədvəlinə keçir
Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir. SİA aeroporta istinadən xəbər verir ki, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır. Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər. Avropa istiqamətində Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt, Yaxın Şərq istiqamətində Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat, Türkiyənin İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman, Mərkəzi Asiyanın Almatı,…
Daha çoxİlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib. SİA xəbər verir ki, Şəfiqə Məmmədovanı salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli Şəfiqə xanım, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər ərzində Azərbaycan mədəniyyətinin inkişafında çox önəmli rol oynayırsınız, ölkəmizin teatr və kino sənətinə dəyərli töhfələr vermisiniz. Həm gözəl aktrisa, həm pedaqoq, ictimai xadim kimi xalqımızın hörmət və rəğbətini qazanmısınız. Ulu Öndər Heydər Əliyev sizin fəaliyyətinizi həmişə yüksək qiymətləndirirdi, siz bunu yaxşı bilirsiniz. Hələ sovet…
Daha çox