Tanınmamış Dnestryanı bölgənin hakimiyyəti Tiraspolda hazırda Avropa kommunistlərinin adlarını daşıyan bir sıra küçələrin tarixi adlarını qaytarmaq istəyir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb. Regional lider Vadim Krasnoselski Tiraspol şəhər hakimiyyətini üç şəhər küçəsinin tarixi adlarını qaytarmağa çağırıb. …Bizim qəribə adları olan küçələrimiz var – Karl Liebknecht, Rosa Luxemburg, Clara Setkin. Onlar Dnestryanı üçün nə ediblər? Buna görə də, Pokrovskaya küçəsində olduğu kimi, paralel olaraq bəzi küçələrin adlarına da yenidən baxmaq lazımdır. Tiraspolun mərkəzi küçəsinin Pokrovskaya adının son dəyişdirilməsi hələ 2023-cü ildə baş verib. Bundan…
Daha çoxDay: March 29, 2025
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. SIA xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir: “Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.
Daha çoxTürkiyə Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli Prezident, Əziz Qardaşım. Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm. İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm. Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram”.
Daha çoxİzmirdə neft və yağ emalı fabrikində partlayış olub
Türkiyənin İzmir vilayətində fabrikdə partlayış baş verib. Hadisə nəticəsində fabrik işçilərindən biri ölüb, dördü isə yaralanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, partlayış İzmirin Aliağa rayonundakı sənaye zonasında fəaliyyət göstərən tullantı yağlar və neft məhsullarının emalı fabrikində olub. Hadisədən sonra fabrikin binasında başlayan yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Daha çoxPakistanın Baş naziri İlham Əliyevə təbrik məktubu göndərib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Prezident, Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, xoşbəxtlik və firavanlıq arzulayıram”.
Daha çoxQutsul yoldaşlarını mübarizəni davam etdirməyə çağırıb
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul həbsindən sonra yoldaşlarını muxtariyyət hüquqları uğrunda mübarizəni davam etdirməyə çağırıb. SİA-nın məlumatına görə, o, bu barədə öz Telegram kanalında yazıb. …Yoldaşlarım! Dəyərlərimizi müdafiə etməyə davam edin, qaqauz xalqının və dürüstlüyə və ədalətə inanan bütün vətəndaşların hüquqlarını qoruyun. Bizim gücümüz birlikdədir. Biz qanunsuzluğa ancaq birlikdə müqavimət göstərə bilərik, – bəyanatda deyilir. Qutsulun sözlərinə görə, əsl mübarizə yeni başlayır. O, həmçinin insanları qorxuya təslim olmamağa və qələbəyə inamını itirməməyə çağırıb. …Heç bir repressiya bizi susmağa məcbur edə bilməz, heç bir saxta ittiham bizi öz maraqlarımız, Qaqauziyanın və bütün…
Daha çoxMasallıda “Erkən müayinə can qurtarır” adlı tibbi aksiya keçirilib
Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Masallı rayonunda reallaşıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Masallı sakinləri aktiv iştirak ediblər. Tibbi müayinə Masallı rayonunda yerləşən Bioloji Təbabət Klinikasında təşkil edilib. “Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir. Gün ərzində 400-ə yaxın sakin tibbi müayinədən keçib və onlarla erkən diaqnostikanın əhəmiyyəti barədə…
Daha çox“Türkiyə Fələstinə dəstəyini bundan sonra da davam etdirəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin dövlət başçısı Mahmud Abbasla telefonda danışıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Fələstində yaranmış vəziyyətlə yanaşı, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan həmçinin Qəzzada humanitar böhranın dərinləşdiyini və fələstinlilərin birlikdə bu çətinliyin öhdəsindən gələ biləcəklərini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin bundan sonra da Fələstinin səsini hər platformada eşitdirmək üçün səy göstərəcəyini ifadə edib.
Daha çox“ABŞ Ukrayna üçün döyüşməli olacaq..?”
ABŞ Ukrayna tərəfində döyüşlərə girməli və NATO müttəfiqlərinə nümunə göstərməli olacaq. SİA-nın məlumatına görə, Finlandiya prezidenti Aleksandr Stubb bu barədə France 24 telekanalına müsahibəsində bildirib. Stubb hesab edir ki, Kiyev üçün təhlükəsizlik təminatı Qərb silahları ilə doldurulmuş Ukrayna ordusu, eləcə də Avropa İttifaqı sülhməramlı kontingenti tərəfindən təmin edilməlidir. Bu qüvvələr yetərsiz olsa və vəziyyət gərginləşərsə, ABŞ Ordusu öz silahları, kəşfiyyatı və resursları ilə döyüşə girməli olacaq. …Bir növ razılaşma olmalıdır ki, işlər həqiqətən pisləşərsə, Amerika işə qarışacaq. Finlandiya prezidenti həmçinin Kiyevin Avropa İttifaqı və NATO-ya inteqrasiyasının tərəfdarı olduğunu bildirib. Eyni…
Daha çoxÖzbəkistan və Qazaxıstan 4 milyard dollarlıq birgə investisiya layihələri portfeli formalaşdırıb
Özbəkistan və Qazaxıstan 4 milyard dollardan çox məbləğdə birgə investisiya layihələri portfeli formalaşdırıb. SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev Almatı şəhərində qeyri-rəsmi görüş keçiriblər. İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ardıcıl dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib. “Bütün səviyyələrdə aktiv əlaqələr saxlanılır. Ticarət dövriyyəsinin həcmi ilin əvvəlindən 14 faiz artıb, 4 milyard dollardan çox məbləğdə investisiya layihələri portfeli formalaşdırılıb. Eyni zamanda, regionlararası sıx əlaqələr və mədəni-humanitar mübadilə inkişaf etdirilir”, – məlumatda…
Daha çox